SON XƏBƏRLƏR

Aİ 2 iranlı rəsmini terrorist şəxslər və təşkilatlar siyahısına salıb

2021.10.20, 07:36
Aİ 2 iranlı rəsmini terrorist şəxslər və təşkilatlar siyahısına salıb

Gunaz.tv

GünAz TV: Avropa İttifaqı bu gün (9 yanvar-red.) bəyanat yayaraq, iki İran rəsmisini terrorist şəxslər və təşkilatlar siyahısına saldığını elan edib.

 

Bəyanatda bu qərarın səbəbinin İran xüsusi xidmət orqanları əməkdaşları olan bu şəxslərin Fransa, Danimarka və Hollandiya kimi Avropa ölkələrində uğursuzlıqla nəticələnmiş terror hücumları təşkil etmək olduğu qeyd edilir. Hollandiya Xarici İşlər naziri də bir müddət əvvəl İranın bu ölkədə baş verən iki qətl hadisəsində əli olduğunu demişdi.

 

Adları siyahıya əlavə edilən şəxslərin İran Kəşfiyyat nazirinin (ETTELAT- red.) müavini Səid Haşimi Müqəddəm və İranın Avstriyadakı səfirliyinin əməkdaşı Əsədullah Əsədi olduğu bildirilir.

 

Qeyd edək ki, dünən (8 yanvar-red.) Aİ-nin xarici işlər nazirləri Avropa ölkələri ərazisində terror hücumları təşkil etməyə çalışan ETTELAT-a qarşı sanksiya qəbul etmək barədə razılığa gəldiklərini bəyan etmişdilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar