SON XƏBƏRLƏR

Ailədaxili münaqişə zəminində daha bir intihar – Həmədanda

2021.10.20, 07:36
Ailədaxili münaqişə zəminində daha bir intihar – Həmədanda

Gunaz.tv

Gün Az TV: Güney Azərbaycan şəhərlərində intihar hadisələrinin ardı-arası kəsilmir.

 

Bu dəfə intihar faktı Həmədan Əyalətində yerləşən Nəhavənd şəhərinə bağlı kəndlərdən birində qeydə alınıb.

 

Nəhavənd Şəhər Polis İdarəsinin rəisi polkovnik Əhməd Saki bu barədə mətbuata danışıb.

“26 yaşlı ailəli qadın ailədaxili münaqişə zəminində intihar edib. Qadın evdə tək olduğu zaman zəhər içərək özünü öldürüb. Ailə üzvləri evə gəldiyində onu ağır vəziyyətdə görüb və dərhal xəstəxanaya aparıblar.  Təəssüflər olsun ki, həkimlər qadının həyatını xilas edə bilməyib”- deyə o bildirib.

 

Polis rəisinin sözlərinə görə, qadının cəsədi öncə Tibbi Ekspertiza Mərkəzinə göndərilib, daha sonra şikayətçi olmadığından ailəsinə təhvil verilib.

 

Güney Azərbaycanda intihar faktlarının artması təsadüfi deyil. Bir çoxları bölgədə intihar göstəricilərinin yüksək olmasını sosial ədalətsizliklə əlaqədarir. Ölkə əhalisinin yaşadığı ümidsizlik, ailədaxili münaqişələr, narkomaniya (mötadlıq), işsizlik, yoxsulluq və s. kimi problemlər şübhəsiz ki, insanların ictimai və fərdi həyatını dərindən ətkiləyir və özünə qəsd kimi hadisələrə yol açır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar