SON XƏBƏRLƏR

Yair Lapid: “İran milləti bilməlidir ki, onların fəlakət içində yaşamasının səbəbkarı islam respublikasıdır”

2022.01.05, 12:26
Yair Lapid: “İran milləti bilməlidir ki, onların fəlakət içində yaşamasının səbəbkarı islam respublikasıdır”

Gunaz.tv

Lapid deyib ki, İsraili məhv edəcəyi ilə təhdid edən ekstrmist İran rejimi həmişə olduğu kimi bu dəfə də döyüş meydanında məğlub olacaq.

“İslam respublikasının iflasa uğramış rəhbərliyi ölkəni daxildən məhv edərək viran qoyub.

İran milləti bilməlidir ki, bu gün onun fəlakət içində yaşamasının əsas səbəbkarı islam respublikası rejimidir”, -deyə İsrailin müdafiə naziri Yair Lapidin “Twitter” hesabında etdiyi paylaşımında bildirilir. 

Xatırladaq ki, Yair Lapid 2021-ci il dekabrın 31-də “Şəbəkə 12” telekanalına müsahibəsində ölkəsinin İrana qarşı təkbaşına hücuma keçməyə qadir olduğunu bildirmişdi.

O deyib ki, İsrail ordusu ABŞ prezidenti Co Bayden hökumətinin xəbəri olmadan lazım gördüyü təqdirdə təkbaşına İranın nüvə təsisatlarına hücum edə, zərbələr endirə bilər.

“İsrail ordusunun İranın nüvə mərkəzlərinə hücum etmək üçün kifayət qədər hərbi gücü və qabiliyyətləri var. İsrail ordusunun hərbi baxımdan elə qabiliyyətləri var ki, hətta bir sıra hərbi ekspertlər də onu təsəvvürünə gətirə bilməz.

Bir daha bildiririk ki, biz öz milli təhlükəsizliyimizi qorumaq üçün Amerika hökumətinin xəbəri olmadan da İrana hücum edə bilərik.
 İsrailin hər hansı bir təhdid və ya təhlükədən özünü müdafiə etmək məqsədilə İrana hücum üçün heç kəsdən icazə almağa ehtiyacı yoxdur”, -deyə Yair Lapid bildirmişdi.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiuan isə iki gün əvvəl Yair Lapidin bu bəyanatına reaksiya verərək, onun bu arzularının heç çin olmayacağını bildirərək, “Dünyanın gələcəyində sionizmə yer yoxdur” ifadəsini işlətməklə İsraili dolayısı yolla məhv edəcəkləri ilə təhdid etmişdi. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar