SON XƏBƏRLƏR

Yair Lapid: “İranın nüvə razılaşmasına qayıtmaq niyyəti yoxdur”

2021.11.16, 09:41
Yair Lapid: “İranın nüvə razılaşmasına qayıtmaq niyyəti yoxdur”

Gunaz.tv

Nazir İranın Vyana danışıqlarından boyun qaçırmağa cəhd göstərməsindən və bununla da vaxt qazanmağa çalışdığını bildirib.

O deyib ki, rəsmi Tehran İranla Qərblə yeni bir razılaşmanın əldə olunmasına ciddi yanaşmır.


“İranın nüvə razılaşmasına qayıtmaq və ya Qərblə yeni bir razılaşma əldə etmək niyyəti yoxdur. İran nüvə razılaşmasının yenidən canlandırılması üçün Vyanada aparılan danışıqlara qayıtmağa hazır olduğunu bildirib. 


Lakin hesab edirəm ki, İran bu məsələyə ciddi yanaşmır və o bununla da öz nüvə proqramını inkişaf etdirmək üçün yalnız və yalnız vaxt qazanmağa çalışır. 


Bir sözlə, güman edirəm ki, İranın 2015-ci ildə imzalanmış  nüvə razılaşması əsasənda üzərinə götürdüyü öhdəliklərin icrasına qayıtmağa hər hansı bir niyyəti yoxdur”, -deyə İsrailin xarici işlər naziri Yair Lapid ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mali ilə keçirdiyi görüşündə bildirib.


Robert Malinin İsrailin xarici işlər naziri Yair Lapidin bu bəyanatına reaksiyası barədə hər hansı bir məlumat yayılmayıb. 


Qeyd edək ki, İranla Qərb arasında Vyanada aparılan nüvə danışıqlarının 7-ci mərhələsinə noyabrın 29-da başlanılacaq. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar