SON XƏBƏRLƏR

Bakıdakı partlayış İran mediasında şişirdilmiş formada verilir

2022.04.03, 12:56
Bakıdakı partlayış İran mediasında şişirdilmiş formada verilir

Gunaz.tv

SEPAH mediası hadisəni mümkün qədər şirişdilmiş və şübhəli qələmə verməyə çalışır.

Azərbaycan Respublikasının rəsmilərinin partlayışın qaz sızması nəticəsində baş verdiyi, ölən və yaralananlar barədə dəqiq məlumat vermələrinə baxmayaraq İran İslam İnqilabı keşikçiləri Korpusuna (SEPAH) bağlı media qurumları hadisəni fərqli göstərməkdə davam edir.

“Bakıda  gecə klubunda baş verən partlayışda çox sayda ölənin olmasına baxmayaraq bu barədə dəqiq məlumat verilmir”-kimi yanlış xəbərlər yayırlar.

Adı çəkilən qurumun bir sıra saytları yenə də “Bakının Daxili İşlər Nazirliyi” yazaraq Azərbaycan Respublikasının adını təhrif ediblər. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar