Pakistanın Baş naziri hökumətin yeni siyasi kursunu açıqlayıb

12.04.2022, 13:08

Pakistanın yeni seçilmiş Baş naziri Şahbaz Şərif ölkəsinin Türkiyə ilə dostluq əlaqələrinə malik olduğunu və rəsmi Ankara hər zaman İslamabadın yanında yer aldığını bildirib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə xarici mətbuata istinadən xəbər verir.

Pakistanın 23-cü hökumət başçısı ölkəsinin strateji tərəfdaşları və dostları tərəfindən tərk edildiyini və həmin dövlətlərin Kəşmir məsələsində səssiz qaldığını əsas gətirərək, İmran Xan hökumətinin xarici siyasətini tənqid edib.

Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əhəmiyyətli irəliləyiş əldə etdiyini müdafiə edən Şərif deyib: "Kəşmir məsələsində Türkiyə hər zaman Pakistan və Kəşmir xalqının arxasında dayanıb. Türkiyə hər zaman kəşmirlilərin arxasında dayanıb".

“Türkiyə ilə Pakistanın ayrılmaz bağları var”, - Şərif vurğulayıb.

Çinin yaxşı və pis gündə Pakistanın müttəfiqi olduğunu vurğulayan Baş nazir Pekinlə münasibətlərin yaxşı olmasının vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, əvvəlki hökumət Çin və Pakistan arasındakı dostluğu zəiflətməyə çalışıb. Baş nazir Çin-Pakistan dostluğunu heç kimin poza bilməyəcəyini vurğulayıb.

Şərif Səudiyyə Ərəbistanı, Türkiyə, Avropa Birliyi ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İranla yaxşı münasibətlərin olmasının vacibliyini vurğulayaraq, ABŞ-la münasibətlərin bərabərlik əsasında gücləndirilməsinin vacibliyini bildirib. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran hökuməti Qərbi Azərbaycanda silah-sursat aşkarladığını iddia edir

2022-09-25

gun az article

Ərdəbildəki aksiyada etirazçılara atəş açıldığı bildirilir-VİDEO

2022-09-25

gun az article

Abbas Lisaninin telefon danışığına adağa qoyulub

2022-09-25

gun az article

Ötən gecə İranın 30 əyalətinin 83 şəhərində kütləvi etiraz aksiyaları keçirilib-VİDEO

2022-09-24

gun az article

Güneyli fəal Əhməd Ronəqi həbs edilib

2022-09-24

gun az article

Milli fəal Mehdi Həmidi Şəfiq SEPAH-ın kəşfiyyat bölməsinin təcridxanasına köçürülüb

2022-09-24

gun az article

“Körpü”də müzakirə: “Azərbaycan Ermənistan münasibətlərində xarici qüvvələr” və “İrandakı son durum” - VİDEO 

2022-09-24

gun az article

ETTELAAT və SEPAH Qərbi Azərbaycan və Sistan-Bəluçistanda əməliyyat keçirib

2022-09-24

gun az article

SEPAH Təbrizdə partlayışların qarşısını aldığını iddia edib

2022-09-23

gun az article

Ərdəbildə etirazçılar hökumət qüvvələrini qaçmağa məcbur etdi

2022-09-23

gun az article

Təbrizdə etiraz aksiyaları keçirilir-VİDEO

2022-09-23

gun az article

Qaşqay türkləri kütləvi etirazlara çağırış edib

2022-09-23

gun az article

Təbriz və Məlikanda 8 fəal həbs edilib

2022-09-23

gun az article

Güney azərbaycanlı media fəalı Hüseyn Ronəqi həbs edilib

2022-09-23

gun az article

Ərdəbildə saxlanılan daha bir fəalın kimliyi bəlli oldu

2022-09-23

gun az article

Etirazlar genişləndi, Təbriz Universitetində dərslər dayandırıldı

2022-09-23

gun az article

İran hökuməti Azərbaycan sərhəddində terrorçuların saxlanıldığını iddia edib

2022-09-23

gun az article

Sentyabrın 22-i gecə Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları davam edib

2022-09-23

gun az article

“Sözümüz” proqramında müzakirə: “Qan içində qurtuluş səsi” - VİDEO

2022-09-23

gun az article

Zənganda iki azərbaycanlı gənc hökumət məmurları tərəfindən öldürülüb

2022-09-23