SON XƏBƏRLƏR

AKP BARƏDƏ QƏRAR AVQUSTUN 5-də AÇIQLANACAQ

2021.10.20, 07:36
AKP BARƏDƏ QƏRAR AVQUSTUN 5-də AÇIQLANACAQ

Gunaz.tv
AKP BARƏDƏ QƏRAR AVQUSTUN 5-də AÇIQLANACAQ Bunu Ankaradakı xarici diplomatlar deyir 4934.jpg Türkiyədə Konstitusiya Məhkəməsi hakim Ədalət və İnkişaf Partiyasının bağlanmasına dair iddiaya baxılmasını yekunlaşdırmaq üzrədir. Son məlumatlara görə, iş üzrə hesabat hazırlamaq üçün ayrılan hakimin dünən, yaxud bu gün məhkəmə üzvlərini iddiaya dair rəylə tanış edəcəyi gözlənilirdi. Qeyd edək ki, bu rəyin bağlayıcı qüvvəsi yoxdur və hesabatı hazırlayan hakimin gəldiyi qənaətin əksinə olaraq da məhkəmə qərar çıxara bilər. Prosudura görə məhkəmə üzvləri bu rəylə tanış olacaqlar. Daha sonra məhkəmə sədrinin təyin etdiyi gündə iddiaya baxılacaq və qərar veriləcək. “Hürriyyət” qəzetinin xəbərinə görə, bəzi Avropa ölkələrinin Ankaradakı səfirlikləri öz ölkələrinə göndərdikləri diplomatik hesabatlarda qərarın avqustun 5-də, yaxud 4-də açıqlanacağını bildiriblər. Bundan əvvəl də Konstitusiya Məhkəməsinin başqan vəkili Osman Paksüt qərarın avqustun əvvəllərində açıqlanacağını demişdi. ABŞ-ın Ankaradakı keçmiş səfiri Mark Parris isə Vaşinqtonda keçirilən toplantıdakı çıxışı zamanı deyib ki, AKP-nin bağlanması haqda qərar verilsə, bu, Türkiyənin Avropa Birliyi ilə üzvlük danışıqlarına ciddi zərbə vuracaq. Onun bildirdiyinə görə, qərar avqustun birinci həftəsinin cümə günü açıqlanacaq. “Mənim ehtimallarıma görə, məhkəmə AKP-nin bağlanmasına alternativ olan variant üzərində dura bilər. Əks halda, bir-biri ilə qarşılaşan hər iki tərəfin uçuruma düşməsi qaçılmaz olacaq”. Perris deyib ki, Ərdoğan güclü, xarizmatik liderdir və onun baş nazir postundan kənarlaşdırılması Türkiyə demokratiyasına ciddi zərbə vura bilər. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar