SON XƏBƏRLƏR

AKP-də PARÇALANMA ƏLAMƏTLƏRİ

2021.10.20, 07:36
AKP-də PARÇALANMA ƏLAMƏTLƏRİ

Gunaz.tv
AKP-də PARÇALANMA ƏLAMƏTLƏRİ Hakim partiyanın qurucularından biri Əbdüllətif Şener yeni partiya qurmağı planlaşdırır 4934.jpg Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının sıralarında parçalanma meylləri müşahidə edilir. Belə ki, partiyanın qurucularından biri, keçmiş dövlət naziri, hazırda AKP-nin Mərkəzi Qərarvermə və İcra Qurumunun üzvü Əbdüllətif Şener yeni partiya yaratmaq planlarını açıqlayıb. Qeyd edək ki, Şener ötənilki parlament seçkiləri zamanı hakim partiyanın seçki siyahısında yer almayıb. O vaxtdan onunla AKP rəhbərliyi arasında narazılıq olduğu bildirilirdi. Ölkədə hakim partiyanın bağlanmasına dair qaldırılan iddia və onun ətrafında cərəyan edən siyasi gərginlik Şenerin yenidən siyasətdə önə çıxmasına səbəb olub. Keçmiş dövlət naziri deyib ki, artıq siyasətdə onun üçün yol görünür və yaxın vaxtlarda yeni partiya qurmaq planları üzərində düşünür. Şenerin bu açıqlamasına AKP rəhbərliyi təmkinli reaksiya verib. Lakin onun partiyadan xaric ediləcəyi istisna deyil. AKP-nin ikinci adamı Dengir Mir Mehmet Fırat deyib ki, Şener 18 yaşını keçib, ona görə də yetkinlik yaşında olan şəxs kimi öz hərəkətlərində sərbəstdir. Lakin Fırat onun partiya qurmaq planlarına AKP-nin necə münasibət göstərdiyi haqda danışmayıb. Bununla belə, mətbuata məlum olub ki, baş nazir Rəcəb Tayyib Ərdoğan Şenerin yeni partiya qurmaqla partiya daxilindəki narazıları öz tərəfinə çəkə biləcəyindən narahat olaraq yerli təşkilatlara bu barədə önləyici tədbirlər görməyi tapşırıb. Bildirilir ki, Şener partiya quraraq AKP-dən azı 20 millət vəkili qoparmaq və beləliklə, parlamentdə qrup yaratmaq niyyətindədir. Həmçinin onun mərkəz sağ və sol partiyalarla da təmaslar içərisində olduğu deyilir. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar