SON XƏBƏRLƏR

AKP Eynşteynə istinad edir

2021.10.20, 07:36
AKP Eynşteynə istinad edir

Gunaz.tv
AKP Eynşteynə istinad edir "İndiki vəziyyət bizə dahi fizik Albert Eynşteynin "əsassız ittihamları yıxmaq atomu parçalamaqdan daha çətindir" ifadəsinin nə qədər doğru olduğunu xatırladır. Baş Prokurorluğun dünyəvilik və demokratik dəyərlərlə bağlı mövqeyi bu anlamların qlobal təmrinləri ilə uzlaşmır". Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) onun qapadılması ilə bağlı ittihamnaməyə cavab hesabatını Cümhuriyyət Baş Prokurorluğuna yollayıb. Sənəddə AKP dünyəviliyi siyasi və hüquqi məsələ sayır:"Dünyəvilik həyat tərzi yox, tam əksinə, fərqli həyat tərzlərini bir arada və sülh içində yaşadan prinsipin adıdır. Din anlayışı da sosioloжik gerçəkliklərlə izah oluna bilməz". AKP hesab edir ki, partiyanın fəaliyyətinin dayandırılması, 71 AKP mənsubunun hakimiyyətdən uzaqlaşdırılmasını istəyən və partiyanı Türkiyədə dünyəvilik, demokratiya və atatürkçülük prinsiplərini zədələməkdə suçlayan Baş Prokurorluğun ittihamnaməsində əsaslı sübut və dəlillər yoxdur. "Baş Prokurorluğun partiyamıza qarşı irəli sürdüyü ittihamların əsasına baxsaq, bu qurumun təsəvvür etdiyi cəmiyyət modeli barədəki düşüncələrindən dəhşətə gəlməmək mümkün deyil. Baş Prokurorluq eyni zamanda "fəlakət və xəyanət" ssenarilərini də ortaya qoyaraq çox səthi davranış nümayiş etdirir. Bu qurumun bizə qarşı ittihamları əslində ölkədə dünyəvilik prinsiplərinə qarşı aksiyalara rəvac verir. Əgər partiyamız hansısa işlərdə suçlanırsa, AKP mənsublarının bu əməllərdə birbaşa əli olduqları sübuta yetirilməlidir: əsassız iddiaları "sübut-dəlil" kimi qələmə vermək absurddur. Avropa İnsan Haqları Məhkəməsinin prinsipləri də partiyamızın fəaliyyətinin zorla dayandırılmasına icazə vermir", - AKP-nin müdafiə hesabatında deyilir. AKP yetkililəri bir qədər əvvəl partiyanın 402 səhifəlik müdafiə hesabatını Konstitusiya Məhkəməsinə təqdim etmişdi. Mövcud qanunvericiliyinə görə baş prokuror və ittihamnamənin müəllifi Əbdürrəhman Yalçınqaya rəsmi açıqlama verməli, AKP də mövqelərini müdafiə edən bəyanatla çıxış etməlidir. Bu açıqlamalardan sonra Konstitusiya Məhkəməsinin məruzəçisi işlə bağlı hesabatını hazırlayacaq, ehtiyac yaranarsa AKP-dən əlavə dəlil və ya müdafiə hesabatı tələb olunacaq. AKP-nin müdafiə hesabatı Konstitusiya Məhkəməsinin 11 üzvünün hər birinə təqdim ediləcək, Məhkəmə sədri Haşim Kılıc yekun iclas gününü müəyyənləşdirəcək. Türkiyə Konstitusiyasına görə, hər hansı siyasi partiyanın fəaliyyətinə son qoyulması üçün Konstitusiya Məhkəməsinin üzvləri arasında keçirilən səsvermə zamanı adi çoxluq buna səs verməlidir. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar