SON XƏBƏRLƏR

AKP-nin “olum, ya ölüm” günü müəyyənləşdi

2021.10.20, 07:36
AKP-nin “olum, ya ölüm” günü müəyyənləşdi

Gunaz.tv
AKP-nin “olum, ya ölüm” günü müəyyənləşdi anayasa-mahkemesi.jpg Türkiyə Konstitusiya Məhkəməsi yekun qərarını iyulun 28-də açıqlayacaq Bu gün Türkiyə Konstitusiya Məhkəməsinin iclası keçirilib. Lent.az-ın xəbərinə görə, iclasda baş prokurorun hakim Ədalət və Qalxınma Partiyasının (AKP) bağlanması iddiası ilə bağlı Konstitusiya Məhkəməsinin məruzəçisi Osman Canın məruzəsi müzakirə olunub, daha sonra iddia ilə bağlı yekun qərarın veriləcəyi gün müəyyənləşdirilib. Qərara əsasən, AKP-nin bağlanması ilə bağlı yekun rəy iyulun 28-də açıqlanacaq. Qeyd edək ki, Konstitusiya Məhkəməsinin məruzəçisi Osman Canın hazırladığı məruzədə AKP-nin qapadılması barədə baş prokuror Əbdürrəhman Yalçınkayanın iddiasının rədd olunması təklif edilir. AKP-nin qapadılması üçün Türkiyə Konstitusiya Məhkəməsinin 11 hakimindən 7-sinin qərarın lehinə səs verməsi lazımdır. Məhkəmənin əsas üzvlərindən biri iclasda iştirak etməzsə və ya qərar çıxarılan günə qədər təqaüdə çıxarsa, o zaman onun yerinə ehtiyat üzvlərdən biri səs verəcək. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar