SON XƏBƏRLƏR

AKP-nin ÜMİDİ HƏRBİ ÇEVRİLİŞƏDİR

2021.10.20, 07:36
AKP-nin ÜMİDİ HƏRBİ ÇEVRİLİŞƏDİR

Gunaz.tv
AKP-nin ÜMİDİ HƏRBİ ÇEVRİLİŞƏDİR Amma hərbçilər Ərdoğanın başçılıq etdiyi qüvvələrə özlərinə bəraət qazandırmaq şansı verməyəcəklər Türkiyədə "Ergenekon" olayı cəmiyyətin diqqət mərkəzindədir. Fikirlər əsasən iki istiqamətdə haçalanır - "Ergenekon"çular doğrudan da çevriliş planlaşdırırmış və ya hökumət milli düşüncəli adamları şərləyir. Vəziyyət gərgin olaraq qalır, üstəlik, bu ocağa benzin tökməyə çalışan daxili və xarici qüvvələr də var. ABŞ-ın İstanbuldakı konsulluğuna hücum cəhdi də buna örnək olaraq göstərilə bilər. Təbii ki, durumla bağlı şərhlərin sayı-hesabı yoxdur. Amma bu günlərdə maraqlı bir şərhə rast gəldim. Bu özünəməxsus və orijinal şərhi "Ayna"nın oxucularına təqdim etmək niyyətindəyəm. Beləliklə, "İnternetajans" yazarlarından məşhur qələm sahibi Zahidə Uçarın gündəmlə bağlı maraqlı şərhini kiçik ixtisarla təqdim edirik. "Ortalıq toz-duman. Bu qarışıqlıqda hərə bir şey söyləyir. Generalların tutulması hamını şoka salıb. Bəziləri bayram etdilər, çünki neçə illərdir toxunmaq istəyib amma toxuna bilmədikləri generallara, nəhayət, toxunuldu. Digərləri isə şokdaydı. Bəs bu qarışıqlıqda gözdən qaçan nədir? Məncə, AKP hər tərəfdən mühasirəyə alınmış, yolun sonuna gəlmişdir. Ölkəmizdə varlığını davam etdirmək üçün xarici əlaqələrə bel bağlayan AKP dövlətin qurumlarını qarşısına alıb özünü təklətmişdir. Yalançı iqtisadiyyat bir bomba kimi qucağında partlamaq üzrədir. Bu yalanı daha artıq irəliyə apara bilməyəcəkləri qiymət artımları ilə özünü bəlli etmişdir. Bel bağladığı xarici qüvvələrin də bunlara dəstək verməsi üçün yeni şərtləri var: İran. AKP isə İran mövzusunda çətin vəziyyətə düşür. İraqla bağlı 1 mart təzkərəsini xatırlayın. Bu səbəbdən İran məsələsi gündəmə gələrkən AKP bütünlüyünü qoruya bilməyib bölünəcəyini düşünür. AKP bu mövzuda daxili dəstək də almayacaq. Çünki bütün qurumlarla qovğadadır, hərbçilərə müraciət etməyə üzü yoxdur, öz kəsimi də İran mövzusunda dəstək verməz. ABŞ da AKP-yə güvənmir və İrana girmədən ikinci təzkərə böhranı ehtimalını ortadan qaldırmaq istəyir. AKP ABŞ-ın İran planına dəstək verməzsə, bel bağladığı xarici qüvvələrin daxildə qarışıqlıq yaratmaq ehtimalını bilir. Bu səbəbdən AKP-yə dəstək olmaq üçün birjada dolaşan "ərəb və qaynağı məchul" pullar da artıq təminat deyil. Dolayısı ilə varlığının gücünü xarici dövlətlərdən alan hökumət dilemma qarşısındadır. Öz qurumlarına yabançı olduğu üçün ölkə içində də yalnızdır. Bu durumda AKP-nin tək qurtuluş yolu çevrilişdir. İndi hərbçilərə meydan oxumaq görüntülərinin altında da bu yatır. AKP ona görə çevriliş arzusundadır ki, tam dalana dirəndiyi bir vəziyyətdə çevriliş onu yenidən məzlum göstərəcək və hərbi məhkəmələrdə istintaq getsə belə, toplumun vicdanında bəraət qazanacaq. Çünki "qəzəbini tezliklə unudan bir millət" bu ssenariyə çox uyğundur. Qısası, AKP "nə olar bir çevriliş edin, mən buna möhtacam" deyə yalvarır. Yaxşı, bəs hərbçilər hansı rolu oynayırlar? Onlar lap əvvəldən olanları və olacaqları gördülər. İraq mövzusunda AKP-yə yardımçı olmaq əvəzinə kənara çəkildilər. Çünki AKP-nin yaxşılığı özünə, çatışmazlığı başqalarına ünvanlamaq kimi bir xasiyyəti var və İraq mövzusunda da hər hansı məğlubiyyəti hərbçilərin üzərinə yıxa bilərdi. Ayrıca, ölkədə sürətlə böyüyən, ərəbləşən qaranlıq bir təməl vardı. Onları basdıqca əfsanəyə çevrilə bilərdilər. Hərbçilər bunların əlaqələrini və məqsədlərini bildiklərinə görə türk xalqının özünün gerçəkləri görməsi lazım gəldiyini düşünmüş ola bilərdilər. Sizcə, hərbçilər psixoloji müharibə təlimi almırlarmı? Alırlar! Hərbçilər haraya qədər gedə biləcəklərini xalqın özünün də görməsini istəyirlər. Hərbçilər müdaxilə etsələr, nələr olacağını bilirsinizmi? Hər çevrilişin sonunda bu ölkənin ziyalı insanları budanarkən qaranlıq toxumlar da qaranlıq yerlərə səpildi. Bu səbəbdən də hər çevriliş sanki xalqa qarşı edilmiş kimi beyinlərə yerləşdirildi. Hərbçilər də bunu bilirlər. Ona görə də hərbçilər belə oyunlara getməyəcək, xalqla aralarına bir düşmənçilik toxumu səpilməsinə imkan verməyəcəklər. Bu dəfə mülkilər pisliklərini əsgərə təmizlədə bilməyəcəklər. Ona görə də bu dəfə əvəzini AKP özü ödəyəcək. Hətta Abdulla Öcalanın vəkillərindən istifadə etsə belə, xeyri olmayacaq. Fikir verin, bu vəkillərdən birinin parlamentə düşməsinə və ən gizli komissiyalara girməsinə AKP vəsilə oldu. Amma Öcalanı sorğulayan əsgər "Ergenekon" müqəssiridir..." Hazırladı: TUNCAY ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar