GünAz TV: Türkiyədə hakim AKP-nin MHP-yə təqdim etdiyi Konstitusiya (Anayasa) paketində adniçmə mətni dəyişdirilir. Belə ki, mətndən «Atatürk prinsip və inqilablarına və dünyəvi Respublika prinsipinə sadiq qalacağam…» ifadələri çıxarılıb.
Bu barədə Türkiyə mediasında məlumat yayıb.
Prezidentin andiçmə mətni bu cür təklif edilir:
“İnsan haqlarına, hüququn üstünlüyünə və demokratiyaya bağlı qalacağıma, dövlətin müstəqilliyini, ölkənin bütövlüyünü, millətin qeyd şərtsiz suverenliyini qoruyacağıma and içirəm”.
Prezidentin andiçmə mətninin dəyişdirilməsinə əsas səbəb kimi andiçmə mətninin uzun olması, habelə Baş Nazirlik və Nazirlər Kabinetinin ləğv edilməsi göstərilir.
Mətn qısaldılaraq, anlaşılan və düzgün bir formaya salınacaq. Təklif olunan dəyişikliyə görə, Baş Nazirlik və Nazirlər Kabineti ilə bağlı 8 maddə öz funksiyasını itirəcək.
N.S