SON XƏBƏRLƏR

"İranda Azərbaycan türklərinə qarşı ayrı-seçkilik siyasəti aparılır"- Jalə Təbrizli BMT İnsan Haqları Şurasında çıxış edib-VİDEO

2022.03.19, 07:21
"İranda Azərbaycan türklərinə qarşı ayrı-seçkilik siyasəti aparılır"- Jalə Təbrizli BMT İnsan Haqları Şurasında çıxış edib-VİDEO

Gunaz.tv

“İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında konvensiya və iqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq paktlar kobud şəkildə pozulur.

İranda azlıqlara qarşı geniş sosial-iqtisadi ayrı-seçkilik, o cümlədən onlara şamil edilən sosial, mədəni və dil hüquqlarına məhdudiyyətlər var”, - deyə xanımJalə Təbrizli koronavirus məhdudiyyətləri səbəbindən virtual olaraq keçirilən görüşdə bildirib. 

Jalə Təbrizli milli azlıqlara qarşı ayrı-seçkiliyin onların təhsillərinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərdiyini, bu qeyri-farsların yaşadıqları ərazilərdəki məktəblərin çoxunun təhsil resurslarından məhrum qaldığını və təhsil sahəsində  uğursuzluq nisbətinin özəlliklə Şərqi və Qərbi Azərbaycanda, Güney Azərbaycanın başqa əyalətlərində daha yüksək olduğunu qeyd edib.

“Bu gün məcburi əmək fəaliyyətinə cəlb olunan uşaqların dəqiq sayı məlum olmasa da, İranın bütün şəhərlərində işləyən uşaqlar var. Onlar məktəbə getmək əvəzinə, böyük şəhərlərin küçələrində gəzirlər, küçələrdə kiçik əşyalar satırlar və ya özlərini və ailələrini dolandırmaq üçün təkrar emal edilə bilən əşyalar tapmaq üçün zibil qutularını axtarırlar"-deyə, hüquq müdafiəçisi bildirib.

Jalə Təbrizli Güney Azərbaycanda gənclər üçün investisiyaların, məşğulluq imkanlarının və potensial inkişafı təmin edəcək resursların olmadığını deyib.

“O cümlədən etnik mənşəyinə görə milli azlıqlara qarşı geniş diskriminasiya mövcuddur. Azərbaycanlıların bütün tələblərinin sivil və dinc xarakter daşımasına baxmayaraq İran hakimiyyəti onlara zorakılıqla cavab verir. İran İslam Respublikası İrandakı etnik və milli azlıqlar qarşısında öhdəliklərini yerinə yetirməlidir”-deyə, güneyli hüquq müdafiəçisi çıxışını bitirib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar