SON XƏBƏRLƏR

Albaniya hökuməti İranın bu ölkədə fəaliyyət göstərən və terrorizmə rəvac verən “Sədi Kolleci”ni bağlayıb

2021.10.20, 07:36
Albaniya hökuməti İranın bu ölkədə fəaliyyət göstərən və terrorizmə rəvac verən “Sədi Kolleci”ni bağlayıb

Gunaz.tv

GünazTV: İranın iki terrorçu “diplomat”ının Tiranadan qovulmasının ardınca, Albaniya hökuməti İranın bu ölkədə fəaliyyət göstərən, radikal dini xurafata və terrorizmə rəvac verən “Sədi Kolleci”ni bağlayıb.

 

İranın Tiranada həm də “Mədəniyyət Mərkəzi” kimi fəaliyyət göstərən “Sədi Kolleci”nin fəaliyyətinin qarşısının alınması ilə bağlı xəbər, yanvarın 23-də Albaniya mediasında geniş işıqlandırılıb.

 

“Albanian Daily News” qəzeti məsələ ilə bağlı yanvarın 23-də yaydığı məlumatda bildirib ki, Albaniyanın Təhsil Nazirliyi məlum səbəblərə görə İranın Tiranada fəaliyyət göstərən “Sədi Kolleci”nin fəaliyyətinə son qoymaq qərarına gəlib. Bildirilir ki, mərkəzin qapadılması ilə bağlı qərar yanvarın 18-də qəbul edilib.

 

 Xatırladaq ki, on gün əvvəl Albaniya hökuməti tərəfindən diplomatik missiyalarına zidd davranmaqda, casusluqda və terror fəaliyyətlərində günahlandırılan İranın terrorçu “diplomat”ları Əhməd Hüseyni Ələst və Məhəmmədəli Ərzpeyma Neməti yanvarın 18-də ölkədən qovulub.

 

Bu barədə Albaniyanın “Top Channel” telekanalı ölkə rəsmilərinə istinadən yanvarın 19-da məlumat yayıb.

 

 

Məlumatda bildirilir ki, İran hökumətinin “diplomat” adı altında Tiranaya göndərdiyi şəxslər Albaniya hökuməti tərəfindən terrorizmə rəvac verməkdə və casusluqda günahlandırılaraq ölkədən qovulublar: “Albaniyanın anti-terror polisinin 20 zabiti yanvarın 18-də İran “diplomat”larının qaldığı mənzilə gedərək, onları ailə üzvləri ilə birlikdə ölkəni tərk etmələri üçün Tirananın beynəlxalq hava limanına aparıb yola salıblar” –deyə, Albaniyanın “Top Channel” telekanalının yaydığı məlumatda bildirilir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar