SON XƏBƏRLƏR

Albaniyada güclü zəlzələ baş verib - 13 ölü, 600-dən çox yaralı var

2021.10.20, 07:36
Albaniyada güclü zəlzələ baş verib - 13 ölü, 600-dən çox yaralı var

Gunaz.tv

GünAz TV: Albaniyada 6,4 bal gücündə zəlzələ baş verib.

 

Medianın yaydığı məlumata görə, paytaxt Tirana yaxınlığında qeydə alınan yeraltı təkanların episentri Şicak şəhərindən 10 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

Zəlzələ nəticəsində 13 nəfər ölüb, 600-dən çox insan xəsarət alıb.

 

Bu arada Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə hallar İdarəsi bu ölkənin Albaniyada zəlzələdən zərərçəkmiş ərazilərə xilasedicilər, həkimlər və texnikalar göndərdiyini bildirib.

“Albaniyada baş vermiş zəlzələnin fəsadlarını aradan qaldırmaq, xilasetmə işlərinin aparılmasına kömək etmək üçün Türkiyədən xilasedicilər və həkimlərdən ibarət qrup, bir təyyarə və üç nəqliyyat vasitəsi göndərilib ",- deyə məlumatda bildirilib.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar