Aleksey Navalnı zəhərləndikdən sonra ilk dəfə foto paylaşıb- FOTO

2020-09-15 17:59

Aleksey Navalnı zəhərləndikdən sonra ilk dəfə foto paylaşıb.

Gunaz.tv Quote | Gunaz article

APA-nın xəbərinə görə, Rusiyanın müxalifət liderlərindən biri olan Aleksey Navalnı "Instagram" səhifəsində müalicə aldığı Berlinin "Charite" klinikasından ailəsi ilə foto paylaşıb.

 
"Salam, bu Navalnıdır! Sizin üçün darıxıram. Hələ bir şey edə bilmirəm, amma dünən bütün gün özüm nəfəs ala bildim. Bunu özüm etdim. Mən heç bir kənar yardımdan, hətta boğazımdakı ən sadə süni tənəffüs aparatından istifadə etmədim. Bu, çox xoşuma gəldi. Çoxları tərəfindən qiymətləndirilməyən inanılmaz bir proses", Navalnı paylaşdığı fotoya şərh yazıb.


Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, "Gələcəyin Rusiyası" Partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb.


Almaniya hökuməti Berlində müalicə olunan A. Navalnıdan götürülmüş analizlər nəticəsində onun “Noviçok” qrupuna aid sinir iflicedici maddədən zəhərləndiyinin üzə çıxarıldığını bəyan edib.


Almaniya hökumətinin bu bəyanatından sonra dünyanın əksər ölkələri və liderləri A. Navalnının zəhərlənməsinə görə Rusiyadan izahat tələb edir.

 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xələf Xələfov: "Azərbaycan Türkiyənin bütün addımlarını birmənalı dəstəkləyir"

2020-09-16

gun az article

Türkiyəli nazir müavini: “Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməlidir”

2020-09-16

gun az article

Azərbaycanda son sutkada 141 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb, 3 nəfər vəfat edib

2020-09-16

gun az article

İsrail BƏƏ və Bəhreyn arasında münasibətlərin normallaşdırılmasına dair müqavilə imzalanıb

2020-09-16

gun az article

Yoşihide Suga Yaponiyanın Baş naziri seçilib

2020-09-16

gun az article

ÜST-dən məktəblərlə bağlı açıqlama – “Son çarə olmalıdır”

2020-09-16

gun az article

Aİ: Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımırıq

2020-09-15

gun az article

Azərbaycanda daha 114 nəfər COVID-19-a yoluxub

2020-09-15

gun az article

Mövlud Çavuşoğlu Bakının işğaldan azad olunması ilə bağlı paylaşım edib- FOTO

2020-09-15

gun az article

Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində birgə uçuşlar keçirəcək

2020-09-15

gun az article

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

2020-09-15

gun az article

Amerikanın qərbindəki meşə yanğınları zamanı ölənlərin sayı 33-ə çatıb

2020-09-14

gun az article

Ermənistanda koronavirusdan ölənlərin sayı 911-ə çatıb

2020-09-12

gun az article

Bəhreyn İsraillə sülh müqaviləsi imzalayacaq

2020-09-12

gun az article

Tramp Amerikanın heç kimin bilmədiyi silah sistemlərinə sahib olduğunu bildirib

2020-09-11

gun az article

KİV: İordaniyada silah anbarında güclü partlayış olub, ölənlər var

2020-09-11

gun az article

Ukraynada saxlanılan İŞİD üzvünün İstanbulda terror aktı təşkil edən şəxsin köməkçisi olduğu müəyyənləşdirilib

2020-09-10

gun az article

Azərbaycanda son sutkada 142 nəfər COVID-19-a yoluxub, 150 nəfər sağalıb, 1 nəfər vəfat edib

2020-09-10

gun az article

Amerika İraqdakı hərbi heyətini yarıyadək azaldacaq

2020-09-10

gun az article

Bir ay əvvəl güclü partlayış baş verən Beyrut limanında yanğın başlayıb

2020-09-10