SON XƏBƏRLƏR

Ali Məsləhət Şurasının üzvü İranda prezidentlik vəzifəsinin ləğv edilməsini təklif edib

2021.10.20, 07:36
Ali Məsləhət Şurasının üzvü İranda prezidentlik vəzifəsinin ləğv edilməsini təklif edib

Gunaz.tv

GünAz TV: Ali Məsləhət Şurasının üzvü Məhəmməd Səfar Horəndi martın 17-si İran Dövlət Televiziyasında çıxışı zamanı prezidentlik vəzifəsinin baş nazirlik postu ilə əvəz edilməsini təklif edib.

 

Bu təklif bir neçə il öncə İranın “dini lideri” Əli Xamneyi tərəfindən də irəli sürülmüşdü. Lakin Xameneyinin təklifi kəskin tənqidlərlə qarşılanmış, eləcə də Ali Məsləhət Şurasının o dövr rəhbəri olan Əkbər Haşimi Rəfsəncani tərəfindən də rədd edilmişdi.   

 

Bu təklifi tənqid edənlərin fikrinə görə, “prezidentlik postunun baş nazirliklə əvəz edilməsi təklifi respublika sisteminin daha da zəiflədilməsi, eləcə də seçkilərin aradan qaldırılması istiqamətində atılmış növbəti addımdır”.

 

Məhəmməd Səfar Horəndinin təklif etdiyi parlamentli respublika sistemində baş nazirin Milli Məclis tərəfindən səsvermə əsasında seçilməsi və vəzifəsindən kənarlaşdırılması nəzərdə tutulur.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar