SON XƏBƏRLƏR

“Taliban”la İran sərhədçiləri arasında baş verən qanlı toqquşmanın görüntüləri yayılıb-VİDEO

2021.12.02, 08:07
“Taliban”la İran sərhədçiləri arasında baş verən qanlı toqquşmanın görüntüləri yayılıb-VİDEO

Gunaz.tv

Hərbi toqquşma Əfqanıstanın İranın Sistan məntəqəsi ilə həmsərhəd olan Nimruz sərhəd bölgəsində baş verib.

Hər iki ölkənin sərhəd məntəqələrində yaşayan əhali və bir sıra sərhəd ixtilaflarına görə baş verən hərbi toqquşmanın ardınca “Taliban” qüvvələri İranın bir neçə sərhəd postunu ələ keçirib, İran tərəfini ağır artilleriya ilə atəşə tutub.

“Taliban”çılar İranın sərhəd postlarının binalarını ələ keçirdikdən sonra orada axtarış apardıqdan sonra oranı tərk ediblər.

SEPAH terror təşkilatına bağlı “Tasnim” saytı isə İranın bir sıra sərhəd postlarının “Taliban”çılar tərəfindən ələ keçirildiyini təkzib etsə də, bununla bağlı sosial şəbəkələrdə videolar yayılıb. 

“Taliban” hökumətinin sözçüsü Bilal Kərimi Əfqanıstanın “Tolu” telekanalına açıqlamasında hər iki ölkənin sərhədində toqquşmaların baş verdiyini təsdiq etsə də, hərbi qarşıdurmanın səbəbini və onun detallarını açıqlamayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə dünən mediaya açıqlamasında toqquşmanın hər iki ölkənin sərhədyanı bölgəsində yaşayan insanlar arasında yaranmış ixtilafa görə baş verdiyi iddia edərək, hərbi qarşıdurmanın iki ölkə sərhədçiləri tərəfindən nəzarətə götürüldüyünü və toqquşmaya son qoyulduğunu bildirib.

VİDEOLAR:

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar