SON XƏBƏRLƏR

Taliban qüvvələri İran zabitini öldürüb

2022.05.04, 10:24
Taliban qüvvələri İran zabitini öldürüb

Gunaz.tv

Sosial mediada yayılan məlumatlara görə, zabit Taliban qüvvələri ilə İran hərbçiləri arasında sərhəddə baş verən atışma zamanı qətlə yetirilib.

Qeyd edək ki, son aylar İran-Əfqanıstan arasında gərginlik şiddətlənib və hər iki ölkə sərhəddə ağır texnika və canlı qüvvə toplamaqda davam edir.

Bir neçə gün öncə sərhəddə baş verən qarşıdurma zamanı Taliban qüvvələri İran İnqilab Keşikçiləri Korpusunun 5 hərbçisini əsir götürmüşdülər.

Bundan sonra Taliban hökumətinin Müdafiə Naziri Molla Məhəmməd Yəqub qonşu ölkələrə xəbərdarlıq edərək onların Əfqanıstan sərhədlərinə müdaxilə etmələrini, bu ölkənin torpağında nüfuz etməyə çalışmalarına dözməyəcəklərini bildirib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar