SON XƏBƏRLƏR

Taliban İranın dəvətini rədd etdi: "Gəlməyəcəyik!"

2021.10.24, 19:41
Taliban İranın dəvətini rədd etdi: "Gəlməyəcəyik!"

Gunaz.tv

Bu barədə Əfqanıstanın Ariana News telekanalı məlumat yayıb.

Məlumatına görə, bununla bağlı açıqlamanı ölkənin müvəqqəti kabinetində Taliban tərəfindən təyin olunan informasiya və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid verib:

"Əfqanıstan İslam Əmirliyi" (Taliban tərəfindən istifadə edilən dövlətin adı – red.) hökumətinin heç bir nümayəndəsi Əfqanıstanın qonşu ölkələrinin xarici işlər nazirlərinin görüşünə qatılmayacaq ".

Oktyabrın 18-də İran Xarici İşlər Nazirliyi Tehranda keçiriləcək xarici işlər nazirlərinin təkbətək görüşündə altı ölkənin - İran, Çin, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirak edəcəyini açıqlayıb.

Tərəflər öz səylərini Əfqanıstanda bütün etnik qrupların iştirakı ilə inklüziv hökumətin formalaşmasına kömək etmək üzərində cəmləməyi planlaşdırır. Bu formatda ilk görüş sentyabrın 8-də onlayn keçirilib. 

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar