Taliban İrana səsləndi: “Əgər inklüziv hökumət qurmaq yaxşıdırsa, bəs özünüz niyə bunu etmirsiniz”

04.11.2021, 11:39

Əfqanıstanda Taliban hökumətinin İnformasiya Nazirliyinin mədəniyyət komissiyasının üzvü Şəhab Lival noyabrın 2-də "Tolou News” telekanalına müsahibəsində İran rəsmilərinin Əfqanıstanda inklüziv hökumətin təşkil olunmasının zəruri olması barədə son bəyanatına kəskin reaksiya verib.

Gunaz.tv Quote | Gunaz article

Ötən həftə Tehranda Əfqanıstan qonşularının nümayəndələrinin iştirakı ilə keçirilən konfransın sonunda qəbul edilən bəyanatda İran rejimi Əfqanıstanda bütün siyasi cərəyanları, eləcə də milli və dini azlıqları  təmsil edə biləcək inklüziv bir hökumətin qurulmasının vacib olduğunu vurğulayıb.


İranın bu bə bəyanatının səsləndirilməsindən sonra Taliban hökumətinin rəsmisi Şəhab Lival mediaya açıqlamasında İran rejiminin bu təklifinə kəskin cavab verib.


“Əgər bütün siyasi qrupları, dini və milli azlıqları təmsil edən inklüziv bir hökumət qurmaq yaxşıdırsa, bəs o zaman özünüz niyə belə bir hökumət qurmursunuz?


Niyə milli və dini azlıqların, o cümlədən də kürdlərin, lorların, bəluçların və digər etniklərin, eləcə də sünnilərin hüquqlarını pozur, diktaturanı ölkyə hakim etmisiniz?”


Görəsən İranın özü niyə inklüziv hökumət qurmur və ölkə əhalisinin 40-50 faizini təşkil edən sünnilərdən hökumətdə niyə istifadə etmir?”. -deyə Taliban hökumətinin İnformasiya Nazirliyinin mədəniyyət komissiyasının üzvü Şəhab Lival bildirib.


Taliban rəsmisi daha sonra İran rejimini qonşusu olan Əfqanıstana qarşı nifaq siyasəti yürütməkdə və riyakarlıqda günahlandırıb.


“İran rejimi bir tərəfdən anti-Qərb siyasəti yeritdiyini iddia edir, digər tərəfdən də Qərbin Əfqanıstandakı əlaltılarını dəstəkləyir”, -deyə Şəhab Lival vurğulayıb. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki vəziyyəti və "3+3" formatını müzakirə ediblər

2021-12-08

gun az article

İranda “Twitter” hesabında hakimiyyəti tənqid edən siyasi fəal həbs edilib

2021-12-08

gun az article

Almaniyada yeni kansler seçilib

2021-12-08

gun az article

Amerika İran gəmilərinin qanunsuz olaraq daşıdığı neft və silahları müsadirə edib - FOTO

2021-12-08

gun az article

“Hərbi Qənimətlər Parkı” erməni xalqına nifrət yaratmaq üçün deyil – XİN

2021-12-08

gun az article

Bayden: “Amerika qüvvələrinin Səudiyyə Ərəbistanında olması İranın düşmənçilik hərəkətlərinin qarşısını almaq üçündür”

2021-12-08

gun az article

"Qələbəmiz Azərbaycan dilinin Cənubi Qafqazda nüfuzunu artırır"-Millət vəkili

2021-12-08

gun az article

Ombudsman: "Beynəlxalq məhkəmənin qərarı regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir"

2021-12-08

gun az article

Nazir müavini: "Azərbaycan gələn il Ermənistana qarşı yeni iddialar qaldıracaq"

2021-12-08

gun az article

Ağ Ev: “Bayden və Putin İran barədə konstruktiv danışıqlar aparıblar”

2021-12-08

gun az article

ABŞ, Rusiya və Fransa Azərbaycanla Ermənistana çağırış etdi

2021-12-08

gun az article

ABŞ İranın xüsusi polis bölmələrinə və SEPAH komandirlərinə sanksiya tətbiq edib

2021-12-08

gun az article

Ermənistanda etnik zəmində zorakı çağırışlarla bağlı Beynəlxalq Ədalət Məhkəməsi qərar verib

2021-12-08

gun az article

İstiqlal mübarizəmizin tarixini yazan görkəmli alim Aydın Balayev vəfat edib

2021-12-08

gun az article

Şuşa Dövlət Qoruğu İdarəsinə mülkiyyət hüquqları ilə bağlı səlahiyyətlər verilib

2021-12-07

gun az article

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etməyib

2021-12-07

gun az article

XİN: Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dərhal yerinə yetirməyə çağırır

2021-12-07

gun az article

Ermənistan Zəngəzur dəhlizindən keçəcək yüklərimizi yoxlamayacaq, rüsum ödəməyəcəyik – RƏSMİ

2021-12-07

gun az article

İbrahim Rəisi: “Bəziləri gecə-gündüz dolların məzənnəsini qaldırmağa çalışırlar”

2021-12-07

gun az article

İranda daha bir ağır yol qəzası baş verib: 9 nəfər ölüb, 16 nəfər yaralanıb – FOTO

2021-12-07