SON XƏBƏRLƏR

"Wall Street Journal" eksperti: "Amerika İran xalqına rejimi dəyişməkdə kömək etməlidir"

2022.11.09, 12:41
"Wall Street Journal" eksperti: "Amerika İran xalqına rejimi dəyişməkdə kömək etməlidir"

Gunaz.tv

Siyasi ekspert Volter Rassel Mid Amerikanın “Wall Street Journal” qəzetinə yazdığı məqalədə Amerikanı İran xalqına İslam Respublikasını devirmək və demokratiyanın bərqərar olmasına kömək etməyə çağırıb və deyib ki, bu, həm mənəvi, həm də strateji baxımdan doğru addımdır.

Rassel Midin fikrincə, indi hərəkətə keçməyin vaxtıdır, çünki İranın “təkəbbürlü və yarıtmaz hökmdarları” bu ölkə xalqının azadlıqsevər inqilabını boğmaqla özlərini görünməmiş şəkildə təcrid ediblər, hətta “rejimin qərbdəki apoloqları” da onları müdafiə edə bilmirlər.

Bundan əlavə, İran liderlərinin Ukraynaya hücumda Rusiya prezidenti Vladimir Putinlə müttəfiqliyi onları birbaşa Avropa Birliyi və Amerika ilə ziddiyyətə salıb və onların Moskvaya silah satışı BMT Təhlükəsizlik Şurasının silah embarqosunu pozur.

Siyasi ekspertin fikrincə, belə şəraitdə Ağ Ev İran xalqını dəstəkləməkdə qərarlıdırsa, onun bir neçə variantı var. Onların arasında Tehrana qarşı beynəlxalq sanksiyaları dərhal və tez bərpa etmək üçün Avropa ilə əməkdaşlığı artıra bilər.

Həmçinin, Rusiyaya silah ixracına görə İran rejiminə qarşı yeni sanksiyaların tətbiqi, İran neftinin qara bazar vasitəsilə ixracının daha ciddi şəkildə qarşısının alınması və rejimin iqtisadi cəhətdən çökdürülməsi İran xalqına rejimi daha tez devirmək üçün mühüm yardım ola bilər.

Bundan əlavə, Vaşinqton İranın qonşu ölkələri ilə əməkdaşlığını artıra bilər və bununla da İranın Yaxın Şərqdəki “Hizbullah” və “Həmas” kimi hərbiləşdirilmiş proksi qüvvələrinə daha çox təzyiq göstərə bilər.

Rassel Mid belə nəticəyə gəlir ki, İran xalqına işgəncə verən və yarandığı gündən Yaxın Şərqdə sülhü məhv edən “zalım molla rejimi”nin süqutu Amerika, onun Yaxın Şərqdəki müttəfiqləri və demokratiya tərəfdarları üçün bir hədiyyə olacaq. 

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar