SON XƏBƏRLƏR

“Walla News”: “İranın Laziqiyyə limanına göndərdiyi silah-sursatın 70 faizi hava hücumunda məhv edilib”

2021.12.09, 11:07
“Walla News”: “İranın Laziqiyyə limanına göndərdiyi silah-sursatın 70 faizi hava hücumunda məhv edilib”

Gunaz.tv

Bu barədə İsrailin “Walla News” saytı dekabrın 8-də bu ölkənin adlarının çəkilməsini istəməyən yüksək vəzifəli təhlükəsizlik rəsmilrinə istinadən məlumat yayıb.

Bildirilir ki, qabaqlayıcı addım olaraq həyata keçirilən hava hücumunda İranın gəmi ilə Laiqiyyə limanına göndərdiyi və əksəriyyəti İran istehsalı olan silahlar tamamilə məhv edilib.

“Walla News” saytının yazdığına görə, məhv edilən silahlar Livanın “Hizbullah” terror təşkilatına çatdırılması üçün Laziqiyyə limanına göndərilmişdi.

Xatırladaq ki, Suriyanın Dövlət Televiziyası dekabrın 7-də İsrail qırıcılarının həmin gün yerli vaxtla saat 01: 00-da Aralıq dənizi yolu ilə Laziqiyyə limanındakı silah dolu konteynerləri bombardman etməsi barədə məlumat yaymışdı. 

پایگاه هوایی روسیه در حَمیمیم، جنوب شرق لاذقیه

                                Rusiyanın Laziqiyyə şəhərinin cənub-şərqində yerləşən Xəmimim məntəqəsindəki hərbi hava bazası

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar