Allahabad gölməçəsi quruyub – Qəzvin Əyalətində

10.09.2019, 08:08

GünAz TV: Qəzvin Əyalətinin ən önəmli gölməçələrindən olan Abyek şəhərinin Allahabad gölməçəsi dövlətin ətraf mühitə olan laqeyd münasibəti nəticəsində quruyub.

 

Bu barədə Qəzvin Əyaləti Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəisi Hüseyn Pəsəndidə “İrna” xəbər agentliyinə məlumat verib: “Əyalətin cənub-şərq tərəfində yerləşən Allahabad gölməçəsi isti hava şəraitindən dolayı yenidən quruyub.”

 

Hadisəni əhəmiyyətsiz göstərmək məqsədi ilə onu “təbii hadisə” adlandıran H.Pəsəndidə bildirib ki, gölməçənin suyunun müəyyən hissəsi Əbhərrud və Xorrud çaylarından təmin olunurdu. Lakin hal-hazırda bu çaylar yaxşı durumda olmadığı üçün yay fəslində suyun buxarlanması səbəbindən gölməçə quruyub.

 

O heç bir önləyici tədbirə işarə etmədən Abyek və “Buin Zəhra” şəhərlərinə yaxın 100 min hektar ərazidə yerləşən gölməçənin yağıntıların artması ilə yenidən dirçələcəyinə və mühacir quşlara ev sahibliyi edəcəyinə ümid etdiyini bildirib.

 

Allahabad gölməçəsi ötən aylarda yağıntıların artması və Taliqan bəndinin suyunun buxarlanması nəticəsində bir neçə ildən sonra böhrandan çıxıb və nisbətən canlanmışdır.

 

Şübhəsiz ki, gölməçələrin təkcə yağıntıların ümidinə buraxılması əksər halda onların quruması ilə nəticələnir. Dövlət gölməçələrin qurumaması üçün önləyici tədbirlər almalı və vaxtı-vaxtında müdaxilə etməlidir.

 

Allahabad gölməçəsi quraqlıq, torpaq eroziyası, bitki örtüyünün məhv olması, hevandarlıq və əkinçiliyin modern sistemə keçməməsi və dövlətin ətraf mühitə olan  laqeyd münasibəti nəticəsində quruyub.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24