Allahşükür Paşazadə: “Ağdamı görəndə ürəyim ağrıdı”

2021-04-07 15:18

“Bu gün Azərbaycanın, Qarabağın ən dilbər guşələrindən biri Ağdama gəlmişik”.

Gunaz.tv Quote | Gunaz article

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkədəki dini konfessiyaların rəhbərləri ilə birgə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

O, əvvəllər Ağdama tez-tez gəldiyini bildirib: “Hələ 1975-ci ildə Ağdama gəlmişdim. O dövrdə açıq məscidlər çox az idi. Ağdam Cümə məscidi də açıq idi deyə, mən bura tez-tez gələrdim. Ağdamın özü ilə də tanışlığım var idi. 

Mən bu məscidə Molla Baratı axund təyin eləmişdim, Allah ona rəhmət eləsin. Bayaq namaz qıldığım yerdə də vaxtilə namaz qılmışam, dualar oxumuşam, moizələr demişəm. 

Bu məscid mənim üçün çox əziz olub. Allah elə nəsib elədi ki, erməni ekstremistləri tərəfindən işğalda olunmuş torpaqlarımızı azad olundu. Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 gün içində torpaqlarımız azad olundu". 

A. Paşazadə qeyd edib ki, Ağdam hər zaman öz gözəlliyi, binaları, insanları ilə seçilib: “Bu səfərə gələndə, buranı görəndə mənim ürəyim ağrıdı. Bayaq Yəhudi icmasının rəhbəri Milix həzrətləri dedi ki, bura daha çox Hirosimaya oxşayır.  

Mən gələ-gələ gördüm ki, insanlar burda öz həyatını təhlükəyə ataraq mina axtarırlar. Bu torpaqları minalardan azad etmək istəyirlər. Bu o deməkdir ki, bu torpaqların sahibi bizik. Onlar sahibi olmayıblar. Ermənilərin məqsədi vandalizm, bütün torpaqlarımızı dağıtmaq olub. Biz Qarabağ uğrunda həlak olan şəhidlərimizi də ziyarət elədik. Qəbiristanlıqda 150-dən çox şəhid qəbri vardı. 

Onların çoxu dağıdılıb. Bu, insani münasibət deyil. Ermənilər, o cümlədən bütün dünyada olan ermənipərəstlər həmişə bunları dəstəkləyiblər. Bizim qələbəmiz İslam dünyası üçün də böyük qələbədir. Bu qələbəni əldə saxlamaq və bu qələbəni dirçəltmək hər birimizin borcudur. 

Onu da qeyd etməliyəm ki, bu 44 gün ərzində bizim din xadimlərimiz də hərbçilərimizlə çiyin-çiyinə vuruşdular. Onların içində şəhid olanlarımız, yaralananlar da var. Bu torpaqlar bizim üçün əzizdir, bu qələbə bizə elə-belə qismət olmayıb. Buna görə də bu gün bizim borcumuz bu torpaqları həm daxildən, həm də xaricdən olan təsirlərdən qorumaqdır”.

QMİ sədri deyib ki, bu gün hətta Azərbaycanda belə bəziləri torpaqlarımızın işğal altından azad olunmasına sanki çox da sevinmirlər: “Çox arzu edərdim ki, o insanlar başa düşsün ki, torpaq çox qiymətlidir, ana qədər qiymətlidir”. (apa)

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Loristan əyalətində yol qəzası nəticəsində 5 nəfər ölüb

2021-04-17

gun az article

Qabi Aşkenazi: “İranın nüvə silahı əldə etməsinin qarşısını almaq çün əlimizdən gələn hər bir işi edəcəyik”

2021-04-17

gun az article

Ermənistanda son sutkada koronavirusa 870 yoluxma qeydə alınıb, 24 nəfər ölüb

2021-04-17

gun az article

Rusiyada Ukraynanın konsulu saxlanıldı

2021-04-17

gun az article

Ağdam – yer üzündən silinmiş şəhər-Səfər QEYDLƏRİ-FOTOLAR

2021-04-17

gun az article

Şoyqudan Qarabağda mina AÇIQLAMASI

2021-04-17

gun az article

Dövlət Departamenti Rusiyanın sanksiyalarına reaksiya verdi

2021-04-17

gun az article

ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”

2021-04-17

gun az article

Bayden: “İranla danışıqlar davam edir”

2021-04-17

gun az article

ABŞ-da polislə atışmada iki mülki şəxs ölüb

2021-04-17

gun az article

Səfir Giorgi Cancqava: “Naxçıvan dəhlizi regional inteqrasiyanı gücləndirəcək”

2021-04-16

gun az article

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı

2021-04-16

gun az article

ABŞ-ın 8 məmurunun Rusiyaya girişinə qadağa qoyulub

2021-04-16

gun az article

Putinin 2020-ci ildə əldə etdiyi qazancı açıqlanıb

2021-04-16

gun az article

Ərdoğan və NATO Baş katibi Ukrayna-Rusiya gərginliyini müzakirə ediblər

2021-04-16

gun az article

Azərbaycanda son sutkada COVID-19-dan sağalanlar yoluxanlardan çox olub

2021-04-16

gun az article

Rusiya DİN MDB ölkələrinə ultimatum verdi

2021-04-16

gun az article

Angela Merkelə "AstraZenca" vaksini vurulub

2021-04-16

gun az article

Azərbaycandan deportasiya edilən əcnəbilərin sayı açıqlanıb

2021-04-16

gun az article

Əli Əkbər Salehi: “Hər saatda 60 faiz zənginləşdirilmiş 9 qram uran istehsal edirik”

2021-04-16