SON XƏBƏRLƏR

Almaniya bu ölkənin ərazisinə daxil olan İran vətəndaşları ilə bağlı məhdudiyyətlər qəbul edib

2021.10.20, 07:36
Almaniya bu ölkənin ərazisinə daxil olan İran vətəndaşları ilə bağlı məhdudiyyətlər qəbul edib

Gunaz.tv

GünAz TV: Almaniya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün bu ölkəyə və ya Kanadaya səfər etmək üçün Almaniyadan tranzit kimi istifadə edən İran vətəndaşlarına qarşı məhdudiyyətlər tətbiq edib.

 

Martın 19-dan qüvvəyə minmiş yeni qaydalara əsasən, Almaniya vətəndaşlığı və ya bu ölkədə müvəqqəti yaşama hüququ olan, Avropa ölkələrindən birində vətəndaşlığı, habelə müvəqqəti və ya daimi yaşama hüququ, eləcə də təhsil və ya iş vizası olan şəxslərdən başqa
heç bir İran vətəndaşı Almaniyaya buraxılmayacaq.

 

Ötən günlər ərzində İran vətəndaşlarının Almaniyaya sərbəst şəkildə buraxılması tənqidlərlə qarşılanmışdı. Ölkə rəsmilərində bəziləri, hətta hava limanlarında iranlıların tibbi müayinədək keçirilmədən Almaniyaya buraxıldıqlarını bildirirdilər.

 

Yeni qaydalarda Almaniyadan tranzit kimi istifadə etməklə, Kanadaya gedən İran vətəndaşları barədə də müddəalar yer alıb. Beləliklə, artıq yalnız Kanada vətəndaşlığı və ya bu ölkədə yaşama icazəsi olan şəxslər Almaniyadan tranzit kimi istifadə etmək hüququna malik olacaqlar. Kanadaya gedən iranlıların təyyarə dəyişməsi üçün dayanacaqları yer Frankfurt hava limanı olacaq.

 

Hazırda Almaniyada koronavirusa yoluxmuş şəxslərin sayının 20 min nəfər, xəstəlikdən vəfat edənlərin isə 53 nəfər olduğu deyilir.

 

Qeyd etmək lazımdır ki, dünyanın bir neçə ölkəsi koronavirus səbəbindən İranla gediş-gəliş uçuşlarını qeyri-müəyyən vaxta qədər ləğv edib.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar