SON XƏBƏRLƏR

Almaniyada PKK-çı telekanal bağlandı

2021.10.20, 07:36
Almaniyada PKK-çı telekanal bağlandı

Gunaz.tv
Almaniyada PKK-çı telekanal bağlandı Terrorçu təşkilat barədə siyasi reklam verməsi «Roj TV»-yə baha başa gəldi İyunun 24-də PKK terror təşkilatını dəstəkləyən «Roj TV»-nin Almaniyada yayımı dayandırılıb. lent.az-ın «France Presse» agentliyinə istinadən verdiyi məlumata görə, buna televiziyada Almaniyada qadağan olunan PKK-nın siyasi reklamının verilməsi səbəb olub. Almaniya xarici işlər naziri Volfqanq Şobl Danimarkada qərarlaşan «Roj TV»-ni PKK yanındakı informasiya orqanı adlandırıb. Nazir televiziyanın verilişlərinin bir hissəsinin hazırlandığı Vuppertal şəhərindəki studiyasının bağlanması barədə də göstəriş verib. Şobl «Roj TV»-nin Kürdüstanın müstəqilliyi şüarı altında zorakılığı təbliğ etdiyini və Türkiyə ilə silahlı münaqişə üçün partizanlar topladığını vurğulayıb. Qeyd edək ki, «Roj TV» hələ 2007-ci ilin sentyabrında alman polisini maraqlandırmağa başlayıb. 2008-ci ilin mayında isə telekanalın ofisində axtarış aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar