SON XƏBƏRLƏR

ALMANİYADAKI PKK LİDERİNDƏN ŞOK AÇIQLAMA_Azərbaycandan İrana qədər sərhəd bölgəsinə nəzarə edirik, məlumatları Amerikaya ötürürük

2021.10.20, 07:36
ALMANİYADAKI PKK LİDERİNDƏN ŞOK AÇIQLAMA_Azərbaycandan İrana qədər sərhəd bölgəsinə nəzarə edirik, məlumatları Amerikaya ötürürük

Gunaz.tv
ALMANİYADAKI PKK LİDERİNDƏN ŞOK AÇIQLAMA “Azərbaycandan İrana qədər sərhəd bölgəsinə nəzarə edirik, məlumatları Amerikaya ötürürük” 4439.jpg PKK Azərbaycan və Ermənistandan İrana qədər bütün sərhəd bölgəsini izləyərək məlumatları Amerikaya ötürür. Bu məlumatı PKK-nın siyasi qanadının Almaniyadakı liderlərindən Hacı Əhməd yerli telekanallardan birində hazırlanmış veriliş zamanı açıqlayıb. Türkiyə mətbuatının yazdığına görə, Almaniyanın ARD telekanalı PKK-nın İran qolu olan PJAK-ın Almaniyadakı fəaliyyətlərinə dair proqram hazırlayıb. Proqramda göstərilir ki, PJAK Avropadakı kürd gənclərinə təlim verərək onları İrana göndərir və hökumət qüvvələrinə qarşı təxribatlar həyata keçirir. Alman telekanalı PJAK-ın İraqın şimalındakı təlim düşərgələrindən də çəkilişlər aparıb. Təşkilatın Almaniyadakı liderlərindən Hacı Əhməd isə deyib ki, onlar Amerika tərəfindən dəstəklənir. Hacı Əhmədin sözlərinə görə, amerikalı generallar PJAK-ın İraqın şimalındakı düşərgələrinə baş çəkirlər və təşkilata qarşı hörmətlə davranırlar. Öz növbəsində PJAK da Amerikaya yardım edir. “Biz Ermənistan və Azərbaycandan İrana qədər sərhəd bölgəsini izləyərək amerikalılara yardım edirik. Biz olmasaq, islamçılar bölgəni ələ keçirər”- deyə o bildirib. Hacı Əhməd deyib ki, onun Almaniyanın xüsusi xidmət orqanları ilə də təmasları var. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar