SON XƏBƏRLƏR

Almaniyanın avtomobil istehsal edən “Volkswagen” şirkəti İranı tərk edir

2021.10.20, 07:36
Almaniyanın avtomobil istehsal edən “Volkswagen” şirkəti İranı tərk edir

Gunaz.tv

GünAzTV: Almaniyanın avtomobil istehsal edən “Volkswagen” şirkəti İranla əməkdaşlığını dayandıraraq bu ölkəni tərk edir.

 

Bu barədə “Bloomberg” agentliyi, “Volkswagen” qrupu ilə  danışıqlar aparan Amerikanın adının çəkilməsini istəməyən bir rəsmisinə istinadən sentyabrın 19-da məlumat yayıb.

 

Bildirilir ki, dünyanın ən məşhur avtomobil istehsalçılarından olan  “Volkswagen” qrupu, ABŞ prezidenti Donald Tramp hökumətinin Tehranla əməkdaşlıq edən xarici şirkətlərə qarşı mümkün sanksiyalarından ehtiyatlanaraq, İranla bütün əməkdaşlığı dayandırmaq qərarına gəlib.

 

Nə “Volkswagen” şirkətinin rəsmiləri, nə də “Ağ Ev”, “Bloomberg”in bununla bağlı yaydığı xəbərə hər hansı bir reaksiya verməyib.

 

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinin satışına sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar