SON XƏBƏRLƏR

Almaniyanın “Daimler” şirkəti İranla əməkdaşlığını dayandırıb

2021.10.20, 07:36
Almaniyanın “Daimler” şirkəti İranla əməkdaşlığını dayandırıb

Gunaz.tv

GünAzTV: Almaniyanın məşhur avtomobil istehsalçısı olan “Daimler” (“Mercedes-Benz”) şirkəti İranla əməkdaşlığını dayandırıb.

 

Şirkətin sözçülərindən biri avqustun 7-də Fransa agentliyinə açıqlamasında bildirib ki, Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyaların icrasına başladığını nəzərə alaraq, “Daimler” şirkəti İranla əməkdaşlığını dayandırmaq qərarına gəlib: “Biz, məhz icrasına başlanan bu  sanksiyalara görə İranda apardığımız fəaliyyətimizi dayandırır, dondururuq”.

 

"Daimler" şirkətinin bu qərarı, onun İranda həyata keçirmək istədiyi geniş layihələrin dayandırılması və “Mercedes-Benz” yük maşınlarının montajı ilə bağlı iki İran şirkəti ilə birgə əməkdaşlığına son qoyması deməkdir.

 

 

ABŞ prezidenti Donald Trampın avqustun 6-da imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Tramp bildirib ki, Vaşinqtonun məqsədi, İrana qarşı maksimum iqtisadi təzyiq göstərməkdir: “Bu gün, İran rejimi yalnız bir seçim qarşısında qalıb. Ya özünün təhdid dolu dağıdıcı rəftar və siyasi kursunu dəyişib dünya iqtisadiyyatına inteqrasiya olunmalı, ya da dünyadan təcrid olunmuş hazırkı iqtisadi kursunu davam etdirməlidir.

 

 

Qeyd edək ki, sanksiyaların birinci mərhələsində, İranın qızıl və digər qiymətli metallarının satışına, avtomobil sənayesinə, gəmiçilik sığortasına, xarici banklardan İrana valyuta köçürmələrinə, İran xalçası ilə qida məhsullarının ixracına və s. qadağa qoyulub.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar