SON XƏBƏRLƏR

Almaniyanın “DB” və “Deutsche Telekom” şirkətləri İranla əməkdaşlıqıarını dayandıracaqlarından xəbər verdilər

2021.10.20, 07:36
Almaniyanın “DB” və “Deutsche Telekom” şirkətləri İranla əməkdaşlıqıarını dayandıracaqlarından xəbər verdilər

Gunaz.tv

GünAzTV: Almaniyananın daha 2 nəhəng şirkəti ayrı-ayrılıqda bəyanat yayaraq İranla əməkdaşlıqlarına son qoymaq qərarına gəldiklərini bildiriblər.

 

Almaniya Dövlət Dəmir Yolları Şirkətinin “DB” (Deutsche Bahn) sözçüsü avqustun 16-da jurnalistlərə açıqlamasında bildirib ki, bu şirkət, Amerikanın İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra bank vasitəsilə pul köçürmələrində yaranmış problemə görə Tehranla əməkdaşlığını dayandırmaq qərarına gəlib: “Bizim şirkət, onun tabeliyində olan mühəndis-məşvərət şirkətlərindən birinin vasitəsilə hazırda İranda iki layihə üzrə fəaliyyət göstərir. Lakin hər iki layihə cari ayda (avqust) və sentyabr ayında dayandırılacaq. Biz, pul köçürmələrində və digər bank əməliyyatlarında problemlə üzləşdiyimizə görə Tehranla imzaladığımız müqavilələri vaxtında dostcasına dayandırmağa çalışırıq”.

 

Avqustun 16-da həmçinin Almaniyanın “Deutsche Telekom” şirkəti bəyanat yayaraq İranla əməkdaşlığını dayandırdığını elan edib. Şirkət bildirib ki, Amerikanın sanksiyalarından ehtiyatlanaraq İranla əməkdaşlığını dayandırmağa qərar verib.

 

 

Xatırladaq ki, Amerikanın İranla əməkdaşlıq edən xarici şirkətlərə xəbərdarlığından sonra, Almaniyanın avtomobil istehsalçısı olan “Dürr” və “Daimler” (“Mercedes-Benz”) şirkətiləri, eləcə də bu ölkənin tunelqazma maşınlarının istehsalı sahəsində fəaliyyət göstərən  “Herrenknecht” şirkəti də bundan əvvəl İranla əməkdaşlığını dayandırıb.

 

Qeyd edək ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncamına əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Sanksiyaların birinci mərhələsində, İranın qızıl və digər qiymətli metallarının satışına, avtomobil sənayesinə, gəmiçilik sığortasına, xarici banklardan İrana valyuta köçürmələrinə, İran xalçası ilə qida məhsullarının ixracına və s. qadağa qoyulub.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar