SON XƏBƏRLƏR

Almaniyanın məşhur “Adidas” şirkəti İranla ticarət əlaqələrini dayandırıb

2021.10.20, 07:36
Almaniyanın məşhur “Adidas” şirkəti İranla ticarət əlaqələrini dayandırıb

Gunaz.tv

GünAzTV: Almaniyanın dünya üzrə məşhur “Adidas” idman geyimləri şirkəti İranla ticarət əlaqələrini dayandırıb.

 

Bir alman brendi olaraq dünyanın müxtəlif ölkələrinə idman geyimləri sahəsində xidmət göstərən şirkət, İranla əməkdaşlığını dayandırmasını Amerikanın İrana qarşı tətbiqinə başladığı qadağalarla əlaqələndirib. İyulun 23-də şirkətin müxtəlif dillərdə fəaliyyət göstərən rəsmi saytında, müştərilərin öz ayaqqabı və geyimini seçərək  sifariş  verməsi üçün nəzərdə tutulmuş “PERSONALİZE” hissəsindən İranın adı silinərək şirkətin qara siyahısına salınıb.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, son həftələr dünyanın onlarla beynəlxalq bank və şirkəti İranla əməkdaşlığını dayandırıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar