SON XƏBƏRLƏR

Almaniyanın satdığı tibbi ləvazimatlar və dərman preparatları İrana göndərilib

2021.10.20, 07:36
Almaniyanın satdığı tibbi ləvazimatlar və dərman preparatları İrana göndərilib

Gunaz.tv

GünAz TV: Son bir neçə gün ərzində İran Almaniyadan 4 mərhələdən ibarət tibbi ləvazimatlar və dərman preparatları idxal edib.

 

Bu barədə məlumat yayan Bazərgan Gömrük İdarəsinin müdiri Sadiq Namdar bildirib ki, Almaniyadan alınan bu məhsullar laboratoriya ləvazimatları, kimyəvi məhsullar və dərmanlardan ibarətdir. Onun sözlərinə görə, son olaraq ölkəyə təhvil verilən malların dəyəri 250 min dollardır.

 

Martın 31-də Almaniyanın Xarici İşlər Nazirliyi yaydığı bəyanatda rəsmi Tehranın "İnstex" adlanan xüsusi maliyyə kanalı vasitəsilə məhsul alıb, ölkəyə ixrac etdiyini bildirmişdi. "İnstex" Almaniya, Fransa və İngiltərənin Amerika sanksiyalarına məruz qalmadan İranla ticari əlaqələr qurmaq üçün yaratdığı xüsusi maliyyə kanalına verilən addır.

 

Martın 23-də isə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi İrana dərman preparatları və tibbi ləvazimatlar göndərmək üçün Amerikadan lisenziya aldıqlarını bəyan etmişdi. Bu lisenziyaya əsasən, rəsmi Seul gələn aydan etibarən sözügedən məhsulları İrana ixrac edə biləcək.

 

Aprelin 9-da İranın Gömrük İdarəsinin mətbuat katibi Ruhullah Lətifi Bazərqan gömrük məntəqəsi vasitəsilə ölkəyə Bolqarıstandan alınmış 1 milyon 481 min avro dəyərində dərman vasitələrinin idxal edildiyini bəyan etmişdi.

 

Qeyd etmək lazımdır ki, iranlı rəsmilər ötən həftələr Amerika sanksiyalarının ölkəyə dərman preparatları və tibbi ləvazimatlar idxal etməyə məneə törətdiyini iddia edirdilər. Lakin rəsmi Vaşinqton bu iddialara verdiyi bütün reaksiyalarda sanksiyaların tibbi ləvazimatlar da daxil olmaqla, heç bir humanitar məhsulu əhatə etmədiyini bildirirdilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar