SON XƏBƏRLƏR

ALMATIDA AZƏRBAYCANLILARDAN BƏHS EDƏN «SÜRGÜNLƏRIN GÖZ YAŞLARI» ADLI KITABIN TƏQDIMAT MƏRASIMI KEÇIRILMIŞDIR

2021.10.20, 07:36
ALMATIDA AZƏRBAYCANLILARDAN BƏHS EDƏN «SÜRGÜNLƏRIN GÖZ YAŞLARI» ADLI KITABIN TƏQDIMAT MƏRASIMI KEÇIRILMIŞDIR

Gunaz.tv
ALMATIDA AZƏRBAYCANLILARDAN BƏHS EDƏN «SÜRGÜNLƏRIN GÖZ YAŞLARI» ADLI KITABIN TƏQDIMAT MƏRASIMI KEÇIRILMIŞDIR 200806302.jpg Almatıda yaşayıb fəaliyyət göstərən el şairi Məhəmməd Paşanın azərbaycan və rus dillərində «Sürgünlərin göz yaşları» adlı kitabının təqdmat mərasimi keçirilib. Bu müəllifin sayca beşinci kitabıdır və burada Azərbaycan xalqının bir qrupp nümayəndələrinin keçdiyi çətin yollar barədə bilgi verilir. 1932-1937-ci illərdə azərbaycanlıların da sürgünlük iztirabları ilə üzbə-üz qaldığı zaman qazax xalqının onlara həyan olması və ölkə başçısı N.Nazarbayevin repressiya qurbanlarının bugünkü nəslinə diqqət və qayğısından da söhbət açılır. ---------------------------------------------------------------------- Ordumuzun mövqeləri atəşə tutulub Ermənistan silahlı qüvvələri iyunun 29-u saat 13-dən başlayaraq bu səhər saat 6-ya qədər fasilələrlə atəşkəs rejimini pozublar. Erməni ordusu Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi, Tərtərin Göyarx və Qızloba, Goranboyun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemoytlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda qarşı tərəf cavab atəşilə susdurulub, itki yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar