SON XƏBƏRLƏR

Zalujnı Ukrayna Ordusunun bu il Mariupolu azad edəcəyinə söz verib

2023.02.25, 10:30
Zalujnı Ukrayna Ordusunun bu il Mariupolu azad edəcəyinə söz verib

Gunaz.tv

Bu barədə hərbçi “Dmitri Komarovun ili” sənədli filmində danışıb.

“Müqəddəs Nikolay Günündə, düz bu masada, dörd yaşında bir oğlan, onun adı İlya idi. Əlimdən tutub məni uzaqlaşdırdı. Deyir: “Əyil, qulağına bir şey deyəcəyəm: Mariupolu dəqiq qaytaracağıq?”. Deyirəm, hə. Deyir: “Bəs nə vaxt?”. Deyirəm, bu il. Bu, ruhlandırıcıdır”, - Zalujnı bildirib.

Xatırladaq ki, mayın 20-də 81 günlük mühasirədən sonra Mariupolun müqaviməti sona çatıb. Şəhər meriyasının məlumatına görə, Rusiya qüvvələrinin təcavüzü nəticəsində şəhərdə azı 10 min dinc sakin həlak olub.

Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayı olub.

Şəhərin tam mühasirəsi, qismən işğal edilməsi və müdafiəçilərin faktiki olaraq köməksiz qalmasına baxmayaraq, “Azov” alayı və şəhərdəki digər ukraynalı hərbçilər Rusiyanın təslim olmaq barədə çağırışlarını qəbul etmir və bu səbəbdən Rusiya qüvvələri Mariupolu – xüsusilə şəhərin dörddəbir hissəsini tutan “Azovstal” zavodunu tam ələ keçirə bilmirdi. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar