SON XƏBƏRLƏR

Xamneyinin qəzeti Rusiyanın Ukraynaya hərbi təcavüzünü haqlı çıxardı

2022.03.05, 06:00
Xamneyinin qəzeti Rusiyanın Ukraynaya hərbi təcavüzünü haqlı çıxardı

Gunaz.tv

Prezident Vladimir Putinin müharibə başlamadan öncə xalqa müraciətini yada salan məqalə müəllifi Ukraynaya hərbi müdaxilənin Rusiyanın təhlükəsizliyi üçün vacib olduğunu yazıb.

“İkinci dünya müharibəsi zamanı Rusiya tərəfsizliyini elan etmişdi. Moksva Almaniyanın Rusiyaya hücum etməməklə bağlı vədinə inandığı üçün müharibədə 20 milyon vətəndaşını itirdi.

Rusiyanın əməliyyatı Putinin dediyi kimi böyük bir təhlükənin qarşısını almaq məqsədi daşıyır”-deyə, “Keyhan” qəzetində yazılıb.

Yazıda Amerikanın Rusiyanı parçalamaq istədiyi, Putin hökumətinin bunun qarşısını almaq üçün istənilən tədbirləri həyata keçirməkdə haqlı olduğu qeyd olunur.

Qeyd edək ki, adı çəkilən qəzetin baş redaktoru Hüseyn Şəriyətmədari bir neçə gün bundan öncə Ukrayna prezidentini "oyuncaq", ukraynalıları isə "qorxaq" adlandıraraq, onların dirəniş göstərə bilməyəcəyini demişdi.

“Keyhan” qəzeti bir başa Əli Xamneyinin ofisinin nəzarəti ilə fəaliyyət göstərir və Hüseyn Şəriətmədari ali rəhbərin sərəncamı ilə qəzetə baş redaktor təyin olunub.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar