SON XƏBƏRLƏR

Xamneyinin nümayəndələri Rusiyanın təcavüzünə haqq qazandırıb: "Ukrayna casusluq mərkəzidir"

2022.02.26, 06:55
Xamneyinin nümayəndələri Rusiyanın təcavüzünə haqq qazandırıb: "Ukrayna casusluq mərkəzidir"

Gunaz.tv

“Putin münaqişənin həlli üçün özünün rəsmi vebsaytında barışıq təklifi ilə ıxış edib”- Bunu Əli Xamneyinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi və Təbrizin cümə imamı Seyid Məhəmmədəli Ali Haşim cümə günü çıxışı zamanı deyib.

Ali Haşimi deyib ki, Rusiya Ukraynanın bu ölkəyə qarşı hərbi və casusluq mərkəzinə çevrilməsinin qarşısını almağa çalışır: "Bu isə qarşıdurmaya səbəb olub. Burada günahkar NATO-dur”.

Ərdəbil şəhərinin cümə imamı Seyid Həsən Amili isə məsələdən İsrail əleyhinə təbliğat fürsəti kimi istifadə edib və mövzuya dəxli olmadan İsraili bütün müharibələrin baisi adlandırarıb, bu ölkənin 70 ildir işğalçılıq etdiyini və qan tökdüyünü iddia edib.

“Putin bu vasitə ilə Amerika və Avropanın cəsarətini yoxlamaq istəyirdi və buna nail oldu. O, gördüki Amerika və Avropanın nəsə etmək üçün cəsarətləri çatmır və bununla da Putin gələcəkdə belə hərəkətləri dahada şiddətləndirəcək”-deyə, Amili başqa həmkarları kimi Rusiyanın işğalına toxunmayıb.

Fevralın 25-də İranın bütün əyalətlərində keçirilən cümə namazları zamanı Əli Xamneyinin əyalət mollaları oxşar çıxışları edib və Amerika, Avropa, NATO-nu günahlandırıblar.

Qeyd edək ki, son günlər İran Ukraynadakı mövcud vəziyyətə, Rusiyanın bu ölkəyə hücumuna görə ABŞ və NATO-nu günahlandırıb. İran hakimiyyətinin Rusiyanın iddialarını dəstəkləyən mövqeyi sosial mediada geniş mənfi reaksiyalarla qarşılanıb.

Fevralın 24-də İran xarici işlər naziri  Hüseyn Əmir Abdullahiyan və Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də Rusiyanın hücumunun məsuliyyətini Amerika və NATO-nun “qıcıqlandırıcı” siyasətləri ilə əlaqələndirib və bunu “gərginlik”, “iğtişaş” kimi qələmə veriblər.

İranın rəsmi və yarım rəsmi mediası Rusiyanın işğalçılıq əməliyyatlarını “xüsusi əməliyyat” kimi yayıb və buna haqq qazandırmağa çalışırlar.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar