SON XƏBƏRLƏR

Xameneyinin durumu ağırlaşıb?- Bir sıra vacib görüşlərinin ləğv olunduğu bildirilir

2022.09.11, 05:46
Xameneyinin durumu ağırlaşıb?- Bir sıra vacib görüşlərinin ləğv olunduğu bildirilir

Gunaz.tv

İran mediası rəhbərin seçilməsində məsuliyyət daşıyan "Uzmanlar Məclisinin" Əli Xameneyi ilə sentyabrın 10-u axşam saatlarına olan görüşünün ləğv olunduğunu bildirib.

"Uzmanlar Məclisi"nin üzvü Haşim Haşimzadə Herisi mediaya verdiyi açıqlamada görüşün ləğv edildiyini təsdiqləyib.

"Rəhbər müxtəlif məsələlərdən danışdığından indi söhbəti caiz saymadılar və bu görüş onların rahatlığı və vaxtının alınmaması üçün keçirilmədir"-deyə, Herisi bildirib.

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Təsnim" xəbər agentliyi isə öncədən heç bir görüşün planlaşdırılmadığını və İran rəhbərinin sağlıq durumu ilə bağlı məlumatların uydurma olduğunu yazıb.

Timur  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar