SON XƏBƏRLƏR

Xameneyinin yaşadığı bölgədə mobil telefon əlaqələri kəsilib

2022.09.13, 04:08
Xameneyinin yaşadığı bölgədə mobil telefon əlaqələri kəsilib

Gunaz.tv

İranın keçmiş baş naziri Mirhüseyn Musəvinin mühafizəçisi Əlirza Əfşar məsələ ilə bağlı özünün tvitter hesabında paylaşım edib.

"48 saatdan sonra Xamneyinin mühafizəsinin dörd qatının yerdəyişməsi həyata keçirilməyib. "Mərmər Sarayı"nın içərisində bu dəqiqə sızdırmaq istəmədikləri xəbərlər var.

Saray bölgəsinin mobil telefon əlaqələri də kəsilib"-deyə, Əfşar yazıb.

Qeyd edək ki, iki gündür bir sıra xarici media orqanları və sosial mediada İranın rəhbəri Əli Xameneyinin vəziyyətinin ağırlaşması ilə bağlı xəbər yayılıb.

Ancaq Tehran rəsmiləri və İran mediası məsələ ilə bağlı dəqiq açıqlama verməyib.

İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın xəbər agentlikləri Əli Xameneyinin səhhətinin normal və özünün iş başında olması ilə bağlı iddialarını təsdiq edən heç bir görüntü yaymayıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar