SON XƏBƏRLƏR

AMERİKA 10 İL ƏRZİNDƏ NEFTDƏN İMTİNA ETMƏLİDİR_Keçmiş vitse-prezident Albert Qor bu təkliflə çıxış edib

2021.10.20, 07:36
AMERİKA 10 İL ƏRZİNDƏ NEFTDƏN İMTİNA ETMƏLİDİR_Keçmiş vitse-prezident Albert Qor bu təkliflə çıxış edib

Gunaz.tv
AMERİKA 10 İL ƏRZİNDƏ NEFTDƏN İMTİNA ETMƏLİDİR Keçmiş vitse-prezident Albert Qor bu təkliflə çıxış edib Amerikanın sabiq vitse-prezidenti Albert Qor amerikalıları on il içində qazıntı yanacaqlarından alınan elektrik cərəyanından imtina etməyə səsləyib. O deyib ki, Amerikanın Çindən borc alaraq Yaxın Şərqdən gələn nefti yandırması və bununla da qlobal iqlim dəyişikliyini sürətləndirməsi ağlasığan hərəkət deyil. Qor israr edib ki, on il içində neft və qaz istehlakını belə kəskin şəkildə azaltmaq mümkün və rentabellidir. Lakin tənqidçilər deyirlər ki, on il içində ABŞ-ın yanacaqdan asılılığını belə azaltmaq qeyri-mümkündür. Belə tənqidçilərdən biri mühafizəkar Amerikan Enterprayz İnstitutundan Semuel Ternstormdur: “Bu, tamamilə qeyri-mümkün, qeyri-konstruktiv bir təklifdir. Ciddi, praktik yanaşmalar üzərində iş gedərkən, Qorun belə cəfəng çağırışılar etməsi təəssüfedicidir. Heç bir ciddi ekspert məsələyə belə yanaşmanı qəbul edə bilməz”. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar