Amerika 6 İran şirkətinə sanksiya qoyub

2017-07-29 09:10

GünAzTV: ABŞ Maliyyə Nazirliyi iyulun 28-də bəyanat yayaraq İranın peyk daşıyan “Simurq” adlı raketini sınaqdan keçirməsinə cavab olaraq bu ölkənin 6 şirkətinə sanksiya qoyduğunu bildirib.

 

Bəyanatda bildirilir ki, İranın raket sənayesinin inkişafına yardım edən və “Şəhid Hemmət Sənaye Qrupu”unun nəzdində fəaliyyət göstərən “Şəhid Kərimi”, “Şəhid Rəstigar”, “Şəhid Çiraği”, “Şəhid Vəramini”, “Şəhid Kəlhür” və “Şəhid Əmir əl Möminin” sənaye şirkətlərinə sanksiya tətbiq edilib. Qeyd olunur ki, həmin şirkətlər İranda raketlərin gövdəsinin istehsalında, eləcə də onların idarə sistemi və maye yanacağı sahəsində araşdırmalar apararaq ölkənin raket proqramının inkişafına yardım ediblər. Bəyanatda həmçinin bildirilir ki, iyulun 27-də İranın “Simurq” adlı ballistik raketini sınaqdan keçirməsi BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə zidd addımdır.

 

Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib ki, Amerika hökumətinin barəsində sanksiya tətbiq etdiyi həmin 6 şirkət, İranın təhrikçi ballistik raket proqramının inkişafında birbaşa rol oynayıblar və bu Amerika hökumətinin ciddi nigaranlığına səbəb olub. Nazir həmçinin əlavə edib ki, həmin şirkətlərin Amerikadakı əmlakı və bank hesabları dondurulub və Amerika vətəndaşlarının onlarla hər hansı bir sövdələşməsinə qadağa qoyulub.

 

 

Qeyd edək ki, ABŞ Senatı iyulun 27-də Nümayəndələr Palatasının iki gün əvvəl İran, Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

 

Keçirilən səsvermədə 98 konqresmen yeni sanksiyaların tətbiq olunmasının lehinə, 2 nəfər isə əleyhinə səs verib. Bununla da ABŞ Senatı Nümayəndələr Palatasının irəli sürdüyü bu qanun layihəsini səs çoxluğu ilə qəbul edib.

 

Qeyd edək ki, Tehrana qarşı yeni sanksiyalar, İranın ballistik raketlərini inkişaf etdirməsinə, beynəlxalq terrorizmə dəstəyinə, insan hüquqlarını kobud şəkildə pozmasına və region ölkələrində ekstremist silahlı qruplaşmalara yardımına görə tətbiq edilir.

 

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası iyulun 25-də “İranın sabitliyə qarşı yönələn  əməllərinin qarşısını almaq” adlı qanun layihəsinə düzəlişlər edərək onu səs çoxluğu ilə qəbul edib. Keçirilən səsvermədə, 419 nəfər qanun layihəsinin lehinə, 3 nəfər isə əleyhinə səs verib. Sənəd, imzalanması üçün ABŞ prezidentinə göndəriləcək və Donald Tramp tərəfindən imzalanacağı təqdirdə qüvvəyə minəcək.

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycan polisi qondarma “bayrağ”ı süngü ilə qazıdı - VİDEO

2021-09-17

gun az article

Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır- BMT-dən hesabat

2021-09-17

gun az article

Ərdoğan: “Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur”

2021-09-17

gun az article

Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq"

2021-09-17

gun az article

Azərbaycanda son sutkada 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

2021-09-17

gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17