SON XƏBƏRLƏR

Amerika Avropa ölkələrinə İranla qida və dərman kimi humanitar məhsullar sahəsində ticari əlaqələr aparmağa lisenziya verib

2021.10.20, 07:36
Amerika Avropa ölkələrinə İranla qida və dərman kimi humanitar məhsullar sahəsində ticari əlaqələr aparmağa lisenziya verib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi Avropa ölkələrinə xüsusi humanitar əmtəələrin ticarəti üçün İran Mərkəzi Banlı ilə maliyyə əməliyyatları aparmaq üçün icazə verib.

 

Nazirliyin rəsmi saytında yayılan məlumata əsasən, bu cür əməliyyatlar yalnız İsveçrənin işə saldığı maliyyə kanalı vasitəsilə baş tuta bilər.

 

Xatırladaq ki, yanvarın 31-də İsveçrə hökuməti İrana qida məhsulları və dərman kimi humanitar əmtəələrin ixrac edilməsi üçün yanvarın 29-dan etibarən maliyyə kanalının işə salındığını bəyan etmişdi. İlkin mərhələdə İrana xərçəng əleyhinə və bədən üzvlərinin köçürülməsi üçün lazım olan dərmanlar göndərilmişdi.

 

İranda bu xəbəri təsdiqləmiş və bildirmişdi ki, sözügedən maliyyə kanalı çərçivəsində İsveçrə şirkətlərindən biri ilə İran arasında 2.5 milyon dollarlıq ticarət əməliyyatı həyata keçirilib.

 

Amerikanın Maliyyə Nazirliyi bu gün yaydığı məlumatda verdiyi icazənin maliyyə kanalında nəzərdə tutulan bütün müddəalara şamil edildiyini bəyan edib.

 

Beləliklə, artıq Avropa Şirkətləri İrana qida, dərman və digər məhsulları ixrac edə bilər və İran Mərkəzi Bankı da öz növbəsində sözügedən maliyyə kanalı vasitəsilə həmin şirkətlərə çatacaq məbləği ödəyə bilər.

 

Ə.A

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar