SON XƏBƏRLƏR

Amerika Bəhreyn və BƏƏ-yə 5 milyard dollarlıq "Patriot" və silah-sursat satacaq

2021.10.20, 07:36
Amerika Bəhreyn və BƏƏ-yə 5 milyard dollarlıq "Patriot" və silah-sursat satacaq

Gunaz.tv

GünAz TV: Amerika administrasiyası Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) müvafiq olaraq 2,478 və 2,728 milyard dollar məbləğlərində "Patriot" raket sistemi və silah-sursat satmaq barədə qərar qəbul edib.

 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin hökumətlərarası əlaqələr üzrə xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq İdarəsi (Defense Security Cooperation Agency) məlumat yayıb.

 

İcazə Bəhreynə 36 ədəd "Patriot MIM-104E" zenit-raket kompleksi və 60 ədəd "PAC-3" raketi, həmçinin əlaqədar avadanlıqların satışı üçün alınıb. Bundan əlavə, sənəddə qeyd olunur ki, ada dövləti öz "F-16" qırıcıları üçün 750 milyon dollar məbləğində müxtəlif silahlar ala bilər. BƏƏ-yə 452 ədəd "MSE" (Missile Segment Enhancement) tipli zenit raketləri almaq icazəsi verilib.

 

N.S

  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar