SON XƏBƏRLƏR

Amerika bir neçə həftəyə qoşunlarını Suriyadan çıxara bilər

2021.10.20, 07:36
Amerika bir neçə həftəyə qoşunlarını Suriyadan çıxara bilər

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ)  quru qoşunlarının Suriyadan çıxarılması, ehtimal ki, bir neçə yaxın həftə ərzində başlayacaq.

 

"Report" xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri general Cozef Votel deyib.

 

"Lakin təkrar edirəm, hər şey oradakı vəziyyətdən asılı olacaq. Düşünürəm ki, istədiyimiz vaxt çərçivəsinə uyğunlaşırıq", - deyə "Reuters" onun sözlərini sitat gətirib.

 

Bundan əvvəl KİV ABŞ-ın aprelin sonunda qoşunlarını Suriyadan çıxarmağa hazırlaşdığını yazıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar