SON XƏBƏRLƏR

Amerika: “Biz digər ölkələrlə birlikdə Vəhid Səyyadi Nəsirinin ölümünün araşdırılmasını istəyirik”

2021.10.20, 07:36
Amerika: “Biz digər ölkələrlə birlikdə Vəhid Səyyadi Nəsirinin ölümünün araşdırılmasını istəyirik”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsünün müavini Robert Palladino ölkəsinin BMT-nin İranda insan hüquqlarının pozulmasını pisləyən qətnamə layihəsi qəbul etməsini yüksək qiymətləndirdiyini bildirib. O, həmçinin Amerikanın digər ölkələrlə birlikdə Vəhid Səyyadi Nəsirinin ölümünün araşdırılmasını istədiyini deyib.

 

Robert Palladinonun sözlərinə görə, bu qətnamə bir daha İran islam rejiminin insan haqlarını necə kobud şəkildə pozduğunu bütün dünyanın diqqətinə çatdırdığını deyib.

 

Amerikalı diplomat həmçinin ölkəsinin digər ölkələrlə birlikdə İran rejimi tərəfindən Nəsrin Sotudə və Fərhad Meysəmi kimi qanunsuz olaraq həbs edilən insanların qeyd-şərtsiz azad edilməsini tələb etdiyini bildirib.

 

Qeyd edək ki, iranlı siyasi məhbus Vəhid Səyyadi Nəsiri həbsxanada saxlanma şəraitinə və hüquqlarının pozulmasına görə təqribən iki aya yaxın davam etdiyi aclıq aksiyasından sonra bir neçə gün əvvəl ölmüşdü. Bu hadisə dünya ictimaiyyətinin diqqətini bir daha İranda insan hüquqlarının kobud şəkildə pozulmasına yönəltdi.

 

Bunun başqa dekabrın 17-də isə BMT Baş Assambleyası İranda insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyən qətnamə qəbul edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar