SON XƏBƏRLƏR

Amerika BMT-nin İnsan Hüquqları Şurasını tərk edib

2021.10.20, 07:36
Amerika BMT-nin İnsan Hüquqları Şurasını tərk edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) BMT-nin İnsan Hüquqları Şurasını tərk etməyə qərar verib.


APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Heyli bildirib.


“ABŞ rəsmi olaraq BMT İHŞ-i tərk edir”, - deyə N.Heyli Dövlət Departamentinin mətbuat konfransında bildirib.


ABŞ dövlət katibi Mayk Pompeo isə BMT İHŞ-in ölkənin milli maraqlarını pozduğunu vurğulayıb: “N.Heyli isə artıq bir ildən çoxdur ki bu təşkilatda islahatlar həyata keçirməyə çalışır”.  


“Əgər təşkilat bizim və müttəfiqlərimizin milli maraqlarını pozursa, biz onun üzvü olmaqdan imtina edirik”, - deyə Pompeo qeyd edib.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar