Amerika BMT-nin İrana qarşı bütün sanksiyalarını qaytaran tətik mexanizmini işə salıb

2020-09-20 15:17

Amerika Dövlət Departamentinin rəhbəri Mayk Pompeo sentyabrın 19-u axşam saatlarında bəyanat yayaraq, bu gündən etibarən (sentyabrın 20-dən) BMT-nin İrana qarşı dayandırılmış bütün sanksiyalarını qaytaran tətik mexanizmini işə saldıqlarını rəsmən elan edib.

Gunaz.tv Quote | Gunaz article

Pompeo yaydığı bəyanatda bildirib ki, İranla imzalanmış nüvə sazişi çərçivəsində ləğv edilən bütün sanksiyalar bu gündən etibarən yenidən qüvvəyə minir: “Biz ötən ay BMT Təhlükəsizlik Şurasına elan etdimiz kimi, bu şuranın 2231 saylı qətnaməsi çərçivəsində tətik mexanizminin işə salınması üçün verilən 30 günlük möhlət artıq başa çatıb və bununla da BMT Təhlükəsizlik Şurasının İrana qarşı dayandırılmış bütün sanksiyaları yenidən bərpa edilir. 


Amerikanın BMT-yə üzv bütün ölkələrdən gözləntisi odur ki, bu mexanizmin icrası üçün öz üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etsinlər. İrana qarşı silah embarqosundan başqa, bu addım həm də uranı zənginləşdirməklə bağlı bütün fəaliyyətlərinə qoyulan qadağaya və ballistik raketlərini inkişaf etdirərək sınaqdan keçirməsi ilə bağlı digər fəaliyyətlərinə qoyulan məhdudiyyətlərə də şamil edilir. 


Əgər BMT-yə üzv ölkələr bu sanksiyaların həyata keçirilməsi ilə bağlı öz öhdəliklərinə əməl etməsələr, o zaman Amerika Birləşmiş Ştatları öz daxili imkan və səlahiyyətlərindən istifadə edərək onlara qarşı tədbir görməyə hazırdır. Biz, İranın BMT tərəfindən qadağan edilmiş fəaliyyətlərindən bəhrələnməyəcəyindən əmin olmaq istəyirik. 


Amerika hökuməti qarşıdan gələn günlərdə BMT-nin İrana qarşı sanksiyalarının icrasını gücləndirmək və bu sanksiyaları pozanları cavabdeh olmağa vadar etmək üçün ikiqat tədbirlər həyata keçirəcək. Biz kütləvi qırğın silahlarının yayılmasından doğan təhdidin qarşısını almaq, indiki hərc-mərcliyi dayandırmaq,  zorakılığa və qan axıdılmasına son qoymaq üçün İran rejimi ilə daha mükəmməl bir sazişin əldə olunmasının tərəfdarıyıq. Aydın məsələdir ki, bu saziş əldə olunmayana qədər rəsmi Tehrana qarşı maksimum təzyiq kampaniyası davam etdəcək” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo yaydığı bəyanatında bildirib. 


Qeyd edək ki, bir müddət əvvəl ABŞ BMT-nin Təhlükəsizlik Şurasından nüvə öhdəliklərini pozduğu üçün İrana qarşı tətik mexanizminin işə salmasını istəsə də, Təhlükəsizlik Şurasının 15 daimi və qeyri-daimi üzvü olan 15 ölkədən 13-ü ayrı-ayrılıqda bəyanatlar yayaraq, Amerikanın bu istəyinə qarşı çıxdıqlarını bildiriblər. 


İranla nüvə razılaşmasını imzalayan Böyük Britaniya, Fransa və Almaniya isə Amerikanın bu istəyinin əleyhinə çıxaraq, rəsmi Tehranla imzalanmış nüvə sazişinin qorunması üçün öz fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər. 


 A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranlı general: “İran sərhədləri yaxınlığında təkfirçi ünsürlərlə kəskin davranacağıq”

2020-10-28

gun az article

İranda son sutkada daha 415 nəfər koronavirusdan ölüb (Rəsmi statistika)

2020-10-28

gun az article

İran parlamentinin sədri koronavirusa yoluxub

2020-10-28

gun az article

MN: Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub

2020-10-28

gun az article

MN: Düşmənin hərbi müqaviləliləri və polis əməkdaşları cəbhəyə getməkdən boyun qaçırır

2020-10-28

gun az article

Ötən gün ərzində Ordumuz tərəfindən məhv edilən düşmən texnikaları açıqlanıb

2020-10-28

gun az article

MN cəbhədə son vəziyyəti açıqlayıb

2020-10-28

gun az article

Amerika Prezidenti Donald Tramp xanımı Melana ilə bərabər təyyarəyə oturarkən jurnalist ona belə sual verib.Azərbaycan və Ermənistan atəşkəsi pozub,məyus olmusuz?

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : Amerika Birləşmiş Ştatlarındakı erməni lobbisinin başında dayanan ANKA yəni Amerikanın Erməni Milli Komitəsi bu ölkədə ən ağır günlərini yaşayır.

2020-10-27

gun az article

İranda koronavirusdan ölənlərin sayı 33 000 nəfəri keçib (Rəsmi statistika)

2020-10-27

gun az article

Amerika İranın neft nazirinə və daha bir neçə İran rəsmisinə qarşı sanksiya qoyub

2020-10-27

gun az article

İranın Yəzd əyalətində 5.2 bal gücündə zəlzələ baş verib

2020-10-27

gun az article

“Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan

2020-10-27

gun az article

Ermənistan ordusunun xeyli sayda hərbi texnikaları sıradan çıxarılıb - RƏSMİ

2020-10-27

gun az article

Müdafiə Nazirliyi cəbhədə son vəziyyəti açıqlayıb

2020-10-27

gun az article

GünazTV Oct.26.2020 : “Azərbaycanla Ermənistan yenidən humanitar atəşkəsə razılaşdı. Bu dəfə ara düzəldən Vaşinqton oldu!”

2020-10-26

gun az article

“İstifadə etsə, “valyutası” da kəllə-mayallaq gedəcək”

2020-10-26

gun az article

Bu kəndlər də işğaldan azad edildi!

2020-10-26

gun az article

Azərbaycan Prezidenti: "Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun"

2020-10-26

gun az article

Prezident İlham Əliyev: "Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq, biz güclüyük"

2020-10-26