SON XƏBƏRLƏR

Amerika Çin şirkətlərini İrana qarşı qoyulan sanksiyaların pozulmasında suçlayır

2021.10.20, 07:36
Amerika Çin şirkətlərini İrana qarşı qoyulan sanksiyaların pozulmasında suçlayır

Gunaz.tv

GünAzTv: İddia edilir ki, İranla əlaqələr quran Çin şirkətlərinin fəaliyyəti BMT qətnamələrinə zidd olaraq, nüvə texnologiyalarının inkişafına xidmət edir.

Washinqtondan Kim Gattas-ın göndərdiyi reportajında deyilir ki, Pekin nümayəndəsinə sanksiyaları pozan şirkətlərin siyahısı verilib.

Sanksiyaların pozulması ilə bağlı narahatlıq Çinə dövlət departamentinin rəsmisi Robert Einhorn vasitəsi ilə bildirilib.

O, İran və Şimali Koreyaya qarşı sanksiyaların icrasına nəzarət edən rəsmidir. Ötən ay baş vermiş olayla bağlı məlumat ilk dəfə Washington Post qəzetində dərc edilib.

Gizli kömək

ABŞ (Amerika Birləşmiş Ştatları)  İranın nüvə və raket texnologiyalarının inkişafına kömək edən şirkətlərə qarşı tələb edilən addımlar atılacağını umur.

 

   

Amerika rəsmisinə istinadən Pekin beynəlxalq öhdəliklərinə sadiq olduğunu bildirib.

Çin İrana qarşı sanksiyalara əməl ediləcəyini təsdiq edib.

Belə hesab olunur ki, Pekin İranla əlaqələr quran şirkətlərin fəaliyyətini dəstəkləmir.

Çin bu qəbildən olan xəbərlərin araşdırılacağını bildirib.

Bu yay sanksiyalar təsdiq olunarkən Amerika ilə Avropa İttifaqı ehtiyat edirdilər ki, İran bazarında əmələ gələcək boşluğu Çin şirkətləri doldura bilər.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar