SON XƏBƏRLƏR

Amerika Çindən gələn mallara görə rüsum artımını təxirə salmağa razılıq verib

2021.10.20, 07:36
Amerika Çindən gələn mallara görə rüsum artımını təxirə salmağa razılıq verib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) hakimiyyəti Çindən gətirilən 250 milyard dollar dəyərində mallara tətbiq olunacaq rüsumun 25%-dən 30%-ə qədər artırılmasını Pekinin müraciəti əsasında iki həftə təxirə salmağa razılılaşıb.

 

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir məlumatı ABŞ prezidenti Donald Tramp şəxsi “Twitter” səhifəsində paylaşıb.

 

“ÇXR-in Dövlət Şurasının baş nazirinin müavini Lyu Henin xahişi və eləcə də 1 oktyabr tarixində ÇXR-in qurulmasının 70 illiyinin qeyd edilməsi ilə əlaqədar 250 milyard dollar dəyərində idxal olunacaq məhsullara rüsumun 25%-dən 30%-ə qədər artımını xoşməramlı jest olaraq 1 oktyabrdan 15 oktyabradək təxirə salmağa razı olduq”, - deyə Tramp yazıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar