Amerika dinc etirazçılara qarşı kütləvi qırğın törədilməsində əli olan bir neçə İran rəsmisinə sanksiya qoyub

2020-11-19 11:35

Amerika Dövlət Departamenti noyabrın 18-də bəyanat yayaraq bir il əvvəl Benzinin bahalaşmasına Xuzistan əyalətinin Mahşəhr şəhərində qarşı keçirilən etirazlarda dinc aksiyaçılara qarşı kütləvi qırğın törədilməsində birbaşa əli olan bir neçə İran rəsmisinə sanksiya qoyduğunu bildirib.

Gunaz.tv Quote | Gunaz article


Bəyanatda bildirilir ki, qanlı repressiyalarda rolu olan İranın ETTELAAT naziri Mahmud Ələvidən başqa, Mahşər hüquq-mühafizə qüvvələrinin komandanı Rza Papi, Xuzistan hüquq-mühafizə qüvvələrinin komandanı Heydər Abbaszadə və daha bir neçə İran rəsmisinə qarşı sanksiya qoyulub. 


Bildirilir ki, kütləvi qırğınlarda birbaşa əli olan və ötən il barəsində sanksiya qoyulan “Sepah”ın Xuzistan əyalətindəki komandanı “Həsən Şahvarpur”un da adı Amerika hökumətinin qara siyahısına daxil edilib.
ABŞ-ın dövlət katibi Mayk Pompeo yaydığı bəyanatda Mahşəhrdə etirazçılara qarşı kütləvi qətliam törədildini, ən azı 148 nəfərin bir neçə saat ərzində öldürüldüyünü vurğulayıb: "Ötən il Mahşəhrdə dinc etirazlara qatılan və kənarda durub etirazlara baxan insanlar snayperlərin damlardan açdığı atəş nəticəsində qətlə yetirilib. Yüzlərlə insan hökumətin hərbi qüvvələri tərəfindən mühasirəyə alındığını görərək özlərini qurtarmaq üçün ətraf qamışlıqlara pənah aparıb gizləniblər. Lakin hökumət qüvvələri əvvəlcə qamışlığa od vurub, sonra isə odlu silahlardan qaçanlara arxadan atəş açıblar. Nəticədə ən azı 148 etirazçı kütləvi şəkildə qətlə yetirilib. 


Bununla kifayətlənməyən hökumət, öldürülən etirazçıların cəsədlərini ailələrinə təhvil verərkən onlara açılan hər bir güllə üçün yüzlərlə dollar pul tələb ediblər və cəsədləri məhz güllə pulunu aldıqdan sonra valideynlərinə və ya ailələrinə təhvil veriblər”. 


Sanksiyaya məruz qalan həmin şəxslərin və ya onların ailə üzvlərinin bundan sonra Amerikaya səfərinə qadağa qoyulur və onların Amerikadakı mümkün əmlakı və  bank hesabları dondurulur” –deyə, Mayk Pompeo əlavə edib. 


 Xatırladaq ki, 2019-cu il noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı kütləvi etirazlar keçirilib və bir neçə həftə davam edib. 


Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində ən azı 1500 insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 8 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Dec.03.2020 : Coronovirus dünyanı yenidən silkələyir.

2020-12-03

gun az article

Azərbaycanda son sutkada 4189 nəfər COVID-19-a yoluxub, 2072 nəfər sağalıb, 40 nəfər vəfat edib

2020-12-03

gun az article

İranın Gülüstan əyalətində daha 3 nəfər saxta alkoqollu içkilərdən zəhərlənərək həyatını itirib

2020-12-03

gun az article

Co Bayden: “İranın atom silahına yiyələnməsinə imkan verməyəcəyik”

2020-12-03

gun az article

İranda daha 358 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 49 000 nəfəri keçib (Rəsmi statistika)

2020-12-03

gun az article

Azərbaycanda Zəfər Günü noyabrın 8-də qeyd ediləcək

2020-12-03

gun az article

Xankəndi şəhəri də yeni yaradılan Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına daxil edilib

2020-12-03

gun az article

Laçın şəhərindən - Video

2020-12-03

gun az article

Bakıda parada hazırlıq işlərinə başlanıldı

2020-12-03

gun az article

“Şuşaya ermənilərin içindən keçib getdik, xəbərləri olmadı” - XTD üzvü +Video

2020-12-03

gun az article

Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi - Video

2020-12-03

gun az article

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

2020-12-03

gun az article

Çavuşoğlu NATO XİN başçıları toplantısında bəzi ölkələri “Qarabağ məsələsində bitərəf ola bilmədiniz” deyə tənqid edib

2020-12-03

gun az article

İranda daha 362 nəfər koronavirusdan vəfat edib, 13 621 nəfər virusa yoluxub (Rəsmi statistika)

2020-12-02

gun az article

İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - Açıqlama

2020-12-02

gun az article

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq - SƏRƏNCAM

2020-12-02

gun az article

10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub

2020-12-02

gun az article

Şuşaya avtomobil yolunun çəkilişinə xarici şirkətlər də cəlb olunub

2020-12-02

gun az article

Pompeo: “Tehran rejimi bölgənin və onun dinc əhalisinin təhlükəsizliyinə qarşı ən böyük təhdiddir”

2020-12-02

gun az article

Qarabağda hərbi hissədə partlayış zamanı iki erməni hərbçi ölüb

2020-12-02